Zəngimi Ödə xidməti vasitəsi ilə danışıq haqqınızı əvəzinizə zəng etdiyiniz şəxs ödəyə bilər. Bir təqvim günü ərzində Zəngimi Ödə xidmətindən 3 dəfə istifadə etmək olar.

İstifadə qaydaları

Zəngimi Ödə xidmətindən istifadə etmək üçün: *140* mobil nömrə #YES yığın və gözləyin.

Zəng etdiyiniz şəxs İnteraktiv Səsli Cavablama xidməti (İVR ) vasitəsilə bu zəngin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilir. Zəng etdiyiniz şəxs istəyi qəbul etdiyi halda 1 (bir) düyməsini yığaraq Sizinlə bağlantı yaradır və onun tarif paketinə uyğun olaraq ödəniş hesablanır.

Zəng etdiyiniz şəxs istəyi qəbul etmədiyi halda 2 (iki) düyməsini yığır.

Qeyd: Rominqdə olduqda Zəngimi Ödə xidmətindən istifadə etmək və yaxud rominqdə olan abonentə Zəngimi Ödə istəyinin göndərilməsi mümkün deyildir.

Son yenilənmiş bölüm
Zəngimcell
Kampaniyalar
Güzəştli SMS paketləri
Super Bizdən-Bizə

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: