Statik IP - şəbəkə protokolları vasitəsilə məlumatın ötürülməsi imkanını yaradır. Bunun üçün istifadəçinin İnternet şəbəkəsində IP-ünvanının olması vacibdir. Bu, məsələn, VPN-əlaqənin yaradılması üçün tələb edilir.
Xidmət Azercell Fakturalı Xətt abonentləri üçün nəzərdə tutulub.
Statik IP nə üçün tələb edilə bilər
- şirkətinizin elektron-poçt və digər korporativ məlumat resurslarına giriş izni;
- vəsaitin köçürülməsi və hesabın idarəedilməsi(bank ödəmə sisteminin uzaqdan idarəedilməsi);
- məlumat mübadiləsi, ünsiyyət və istirahət üçün (virtual VPN şəbəkəsinin yaradılması – bir-necə kompyuteri İnternet vasitəsilə ümümi şəbəkəyə bağlamaq üçün).
Statik IP-dən istifadə etmək üçün mobil telefonda (kompyuter, noutbuk və s.) aşağıdakı seçənəklər quraşdırılmalıdır:
- APN adı: Pro
- İstifadəçi: azercell
- Şifrə: azercell
- IP-üvnanının alınması: server tərəfindən təyin edilir;
- DNS serverinin IP-üvnanı: server tərəfindən təyin edilir.
Tariflər
Xidmətə qoşulma haqqı - 5 manat (ƏDV xaric)
Aylıq abonentlik haqqı - 3 manat (ƏDV xaric)
İstifadə haqqı 10KB üçün - 0,01 manat (ƏDV xaric, hesablama intervalı 10 KB-dir)
Statik IP-nin alınması üçün şəxsiyyətinizi təsdiq edən sənədlə Müştəri Xidmətinə müraciət edin.