Eşitdiyin mahnının və ifaçının adını bilmək istəyirsən?
Dərhal 6006 yığ, telefonu 15 saniyəlik səs dinamikinə yaxınlaşdır və dərhal bizdən cavab al!
“Meloman” xidməti - mobil cihaz vasitəsilə müsiqinin tanılması üsuludur. Bu xidmət, xoşunuza gələn müsiqi parçasını onu eşitdiyiniz an onun haqda məlumat əldə etmək imkanı verəcək.
Xidmət necə işləyir?
- Siz xoşunuza gələn müsiqi parçasını eşidərkən, mobil telefonunuzdan 6006 nömrəsinə zəng edirsiniz;
- telefonu səs mənbəyinə yaxınlaşdırırsınız və 15 saniyə ərzində musiqi fraqmentini yazırsınız.
Bir neçə saniyədən sonra siz kompozisiya və ifaçının adını əks etdirən SMS alacaqsınız.
Müsiqi parçasının tanılması mümkün olmadığı təqdirdə, bu haqda SMS bildiriş gələcək.
Xidmət haqqı nə qədər təşkil edir?
6006 nömrəsinə zəngin qiyməti:
- Azercell Fakturalı Xətt abonentləri üçün 0,68 AZN (ƏDV xaric);
- SimSim abonentləri üçün isə 250 kontur təşkil edir.
Əlavə məlumat:
Tanılan melodiya wap.smska.az portalında mövcuddursa, əlavə olaraq bu melodiyanı ZəngimCELL kimi yazmağa imkan yaradan melodiyanın kodu və linki də göndəriləcək.
Linkə keçdikdə siz axtarılan fraqmentə çıxış alırsınız. Fraqmentin yüklənilməsi üçün linkə keçdikdə siz wap-trafikin haqqını öz tarif planınıza uyğun olaraq, eləcə də ZəngimCELL-in haqqını ödəyirsiniz.
* Hazırki xidmət “Sindibad Co.” MMC təminatçısı tərəfindən təqdim olunur. Əlaqə nömrəsi: 437-99-07. Ünvan: Əziz Əliyev küçəsi 7/6. Təminatçı, AZERCELL abonentlərinə müxtəlif əyləncə və məlumat xarakterli xidmətləri (şəkillərin, musiqi və oyunların sifarişi, TV səsvermə, viktorina və sair kimi xidmətləri daxil edir, lakin bununla məhdudlaşmır ) göstərən müstəqil bir şirkətdir.
![]()
Qeyd