Zəng edə bilmədiyiz və ya zəng etmək istəmədiyiz halda Azercell SMS xidmətindən istifadə edə bilərsiniz. SMS xidmətindən istifadə edərək fikir, duyğu, hisslərinizi və ya çatdırmaq istədiyiniz istənilən ismarıcı mətn şəklində göndərə bilərsiniz.
SMS xidməti vasitəsilə digər GSM opetarorları ilə qısa mesaj mübadiləsi etmək olar.
İclas, konsert və ya kinoteatrda olduğunuz zaman və ya sadəcə zəng etmədən məlumatı digərlərinə çatdırmaq istədiyiniz halda bu xidmət ideal rabitə vasitəsidir.
Azercell abonentlərinə mesaj göndərmək üçün on rəqəmdən ibarət olan telefon nömrəsi daxil olunmalıdır (misal üçün, 050 və ya 051xxxxxxx).
Xarici mobil operatorların abonentlərinə mesaj göndərmək üçün nömrə belə formatda göndərilməlidir: beynəlxalq çıxış kodu+ölkə kodu+mobil operatorun kodu+nömrə.
Dil seçimi
0 (sıfır) nömrəsinə lang=az, lang=eng və ya lang=rus komandasını göndərərək, Azercell-dən gələn bütün sistem mesajlarını müvafiq olaraq Azərbaycan, ingilis və rus dillərində ala bilərsiniz.
Əgər təcili bir məlumat çatdırmaq lazımdırsa, mesajınızın əvvəlində *flash# yazın. Belə halda mesaj bilavasitə göndərdiyiniz şəxsin mobil telefonunun ekranında görünəcək.
Misal: flash mənə zəng et!
Rəngli SMS-lə mesajlarınız rəngarəng olacaq! Qara/ağdan daha canlı Rəngli SMS-ə keçməyin vaxtıdır.
Bu xidmət vasitəsilə siz mesajlarınıza rəng və emosiya işarələri qataraq özünüzü daha dolğun ifadə edə bilərsiniz.
Rəngli SMS əlavə effektlərlə təchiz olunmuş standart SMS-dir.
Siz bu xidmətdən istifadə edərək mesajınızdakı simvolların, arxa fonun rəngini dəyişdirə və mesajınıza emosiya işarələri əlavə edə bilərsiniz.
Rəngli SMS-lə mesajlarınızı canlandırın!
Xidmətdən istifadə qaydası
Aşağıdakı bir neçə prosesi yerinə yetirərək xidmətdən istifadə edə bilərsiniz:
- RENGLI sözünü yazıb, SMS vasitəsilə 9600-a göndərin
- Cavabında WAP link* alacaqsınız. Bu link-i seçərək Rəngli SMS proqramını yükləyin.
- Proqramı telefonunuzun yaddaşında saxlayın.
Bundan sonra Siz rəngli mesajlar göndərə və qəbul edə bilərsiniz.
* Rəngli SMS proqramını siz buradan
əldə edə bilərsiniz.
Xidməti dəstəkləyən telefonlar
MIDP2.0 J2ME dəstəkləyən telefonlar.
Tariflər
1 Rəngli SMS-in qiyməti:
- Açıq Xətt və BizdənBizə abonentləri üçün 15 kontur
- GəncSim abonentləri üçün 11 kontur
- Azercell Fakturalı Xətt abonentləri üçün 0.07 manatdır (ƏDV xaric)
|
Rəngli SMS xidmətinə dair tez-tez verilən suallar
Yüklə
Azercell abonentləri Danışan SMS xidməti vasitəsilə şəbəkə daxilində səsli mesajlar göndərə bilərlər.
Nömrənin əvvəlində * işarəsini yığın (*050 və ya *051 və nömrə) və ürəyinizin səsini Danışan SMS-lə göndərin!
Göndərilən Danışan SMS telefona zənglə daxil olur və telefonun ekranında 6996 və Sizə mesaj göndərilən nömrə əks olunur. Zəngə cavab vermədikdə Danışan SMS 6996 nömrəsinə zəng etməklə dinləyə bilərsiniz.
Xidmət haqqı bir Danışan SMS üçün
- Fakturalı Xətt abonentləri üçün 0,05 AZN (ƏDV xaric)
- SimSim abonentləri üçün 11 konturdur
6996 nömrəsinə zəng edib, Danışan SMS-i dinləmək:
Ilk 30 saniyə - ödənişsiz, sonra hər bir dəqiqə üçün
- Fakturalı Xətt abonentləri üçün 0,006 AZN (ƏDV xaric)
- SimSim abonentləri üçün 2 konturdur.
|
|
Qeyd:
Qısa nömrələrə göndərilən SMS-lərin maksimum simvol sayı 150-dir.