Azercell Telekom MMC-nin abonenti aşağıdakı şəxslər ola bilərlər:
- 18 yaşına çatmış bütün fiziki şəxslər.
- 16-18 yaşında vətəndaşlar, əgər:
- əmək müqaviləsi ilə işləyirlərsə, işə götürənin rəsmi arayışını təqdim etməlidirlər;
- sahibkarlıqla məşğul olurlarsa, valideynlərinin və ya qəyyumlarının bu barədə notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər.
- 18 yaşına çatanadək nigaha girmiş vətəndaşlar nigah haqqında şəhadətnaməni təqdim etməlidirlər.
- 14 yaşından 18 yaşınadək olan şəxslər, abonent olmaq üçün müqaviləni yalnız öz qanuni nümayəndələrinin (valideynlərinin və ya valideynlərindən birinin) və ya rəsmi qəyyumun razılığı ilə bağlaya bilərlər. Bunun üçün notarial qaydada təsdiq edilmiş rəsmi razılıq təqdim olunmalıdır.
- Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələri 16, 25, 35, 50 yaşlarına çatdıqda dəyişdirilir. Abonent tərəfindən təqdim edilən şəxsiyyət vəsiqələrinin qüvvədə olduğu müddət yoxlanılmalıdır və qüvvədə olma müddətinə uyğun olaraq qəbul edilməlidir.
Fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqəsi” olan xarici ölkələrin vətəndaşları, “Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi” olan vətəndaşlığı olmayan şəxslər) və müvafiq qeydiyyata alınmış Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, xarici ölkələrin rəsmi nümayəndəlikləri, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları “Azercell Telekom” MMC tərəfindən təqdim edilən rabitə xidmətləri çərçivəsində abonent ola bilərlər.
- 1.1. Azərbaycan Respublikasının vətəndaşları:
- 1.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bax:1 ) təqdim olunmalıdır;
- 1.1.2. Abonent olmaq istəyən 14-16 yaşında olan şəxslər Doğum haqqında Şəhadətnamə və valideynlərin (və ya rəsmi qəyyumun) notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər; (həmçinin, bax I Hissə)
- 1.1.3. Abonent olmaq istəyən 16-18 yaşında olan şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və valideynlərin (və ya rəsmi qəyyumun) notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər; (həmçinin, bax I Hissə)
- 1.1.4. Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi (bax 1);
- 1.1.5. Həqiqi hərbi xidmətdə olan (hərbi xidmətdən ehtiyata/istefaya buraxılmamış) hərbi qulluqçulardan zabitlər “Zabitin şəxsi vəsiqəsi”-ni təqdim edə bilərlər.
- 1.1.6. Yalnız SimSim nömrələrin təsisi zamanı, aşağıda göstərilən sənədlərin də təqdim edilməsi mümkündür:
- Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilən və qüvvədə olan xidməti vəsiqə;
- Daxili İşlər Nazirliyi tərəfindən verilən və qüvvədə olan xidməti vəsiqə;
- Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən və qüvvədə olan xidməti vəsiqə;
- Azərbaycan Respublikası vətəndaşının xarici pasportu (həmçinin Azərbaycan Respublikası vətəndaşının Diplomatik və ya Xidməti pasportu);
- Azərbaycan Respublikası vətəndaşının sürücülük vəsiqəsi (etibarlılıq müddəti keçməmiş).
DİQQƏT:
Azercell Fakturalı xətt (AFX) sistemində nömrə təsis edilərkən, həmçinin də SimSim nömrəsi AFX sisteminə keçirilərkən bu yarımbənddə göstərilmiş istisnalar mümkün deyil.
Qeyd 1: Fiziki şəxslər tərəfindən təqdim edilən bütün sənədlərin qüvvədə olduğu müddət yoxlanılmalıdır və qüvvədə olma müddətinə uyğun olaraq qəbul edilməlidir.
Xarici vətəndaşlar
- Diplomatik pasport (və ya Diplomatik vəsiqə və ya Xüsusi pasport/vəsiqə) və bank və ya hər hansı bir hüquqi şəxs (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin sürətinin təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu.
- Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə (qüvvədə olma müddəti keçməmiş). Əlavə olaraq hər hansı bir hüquqi şəxs (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin sürətinin təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu.
- Yalnız SimSim nömrələrinin təsisi zamanı, xarici vətəndaş tərəfindən Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin və ya müvafiq xarici ölkənin vətəndaşlıq pasportunun (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) təqdim edilməsi mümkündür. Bu hallarda, zəmanət məktubun təqdim edilməsi zəruri deyil.
Qeyd 2:
- 1.2.1.-ci və 1.2.2.-ci bəndlərdə göstərilən sənədlərdən müvafiq zəmanət məktubu verilməsə - nömrə AFX sistemində aktiv edilə bilər. Belə olan halda həmin nömrəyə kredit limit təyin edilmir. Əgər bu hal abonenti qane etmirsə, nömrənin avans hesabına müəyyən məbləğ ödənilərək və yaxud aktiv hesabı olduğu bank tərəfindən verilən müvafiq ödənişə təminat verən zəmanət məktubunu təqdim edərək istifadə etdiyi nömrənin kredit limitinin artırılmasını təmin edə bilər.
- 1.2.1.-1.2.3-cü bəndlərdə göstərilən Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə yaxud da əcnəbiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi də (qüvvədə olma müddəti keçməmiş) təqdim edilə bilər.
Vətəndaşlığı olmayan şəxslər:
- Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş). Yalnız SimSim nömrələrinin təsisi zamanı bu sənədin əvəzinə vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş) təqdim edilə bilər.
Hüquqi Şəxslər (HŞ):
- Hüquqi şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surəti. 6
- Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair bildirişin surəti3 (SimSim abonentləri üçün zəruri deyil).
- Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.
- Hüquqi şəxsin Bank Rekvizitləri4 haqqında rəsmi arayış və ya rəsmi məktub (SimSim abonentləri üçün zəruri deyil).
- Hüquqi şəxsin möhürü5.
- Hüquqi şəxsin filial və nümayəndəlikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surəti. Həmçinin, hüquqi şəxsin filial və nümayəndəliklərinə aid olan 2.2.-2.5-ci bəndlərdə göstərilən sənədlər.
Qeyd 3: Hüquqi şəxs ƏDV-dən azaddırsa və ya ƏDV-yə Sıfır Faiz Dərəcə ilə cəlb olunmalıdırsa, müvafiq sənədlərin surəti təqdim olunmalıdır (SimSim abonentləri üçün zəruri deyil).
Qeyd 4: Bank rekvizitlərində Hüquqi şəxsin hesablaşma hesabının, müxbir hesabının və kodunun qeyd olunması mütləqdir.
Qeyd 5: Əgər Müqaviləni HŞ-in rəhbəri özü bağlayırsa, müqavilənin arxasında möhür qoyulur, HŞ-in rəhbərinin adı, soyadı, atasının adı, vəzifəsi yazılır və HŞ-in rəhbəri tərəfindən imzalanır. Bu zaman əlavə sənəd kimi HŞ-in rəhbərin müvafiq vəzifəyə təyin edildiyini təsdiq edən sənədin (əmr, yaxud etibarnamə) surəti təqdim edilməlidir. Digər hallarda müqavilənin arxa hissəsində nömrə alan HŞ-in möhürünün olması tələb olunmur və yalnız etibarnamə əsasında səlahiyyət verilmiş şəxsin imzası olmalıdır.
Qeyd 6: 2008-ci ilin 1 yanvarından etibarən kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanlarında qeydiyyata alınırlar. Bu səbəbdən 01.01.2008-ci il tarixindən etibarən qeydiyyata alınmış kommersiya hüquqi şəxsləri abonent olmaq üçün müraciət etdikdə aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:
- a) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
- b) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surəti (bu sənəd təqdim edildikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətinin təqdim edilməsi mütləq deyil)
- c) qaydalarımızda (Abonent olmaq üçün zəruri sənədlər II-ci bənd) nəzərdə tutulan digər sənədlər.
- Qeyri-kommersiya hüquqi şəxsləri, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, həmçinin də 01.01.2008-ci il tarixindən əvvəl qeydiyyata alınmış hüquqi şəxslərdən qaydalarımızda (Abonent olmaq üçün zəruri sənədlər II -ci bənd) nəzərdə tutulan sənədləri təqdim etməlidirlər.
Banklar:
- Bank fəaliyyətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən Lisenziyası.
- Hüquqi şəxslərə aid olan yuxarıda qeyd olunan sənədlər (2.1.-ci bənd zəruri deyil).
- Bank filial və nümayəndəlikləri bank fəaliyyətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən icazənin surəti. Həmçinin, bank filial və nümayəndəliklərinə aid olan 2.2.-2.5-ci bəndlərdə göstərilən (dövlət reyestrindən çıxarışın və ya şəhadətnamənin surətinin təqdim edilməsi zəruri deyil) sənədlər.
Xarici ölkələrin Səfirlikləri, Nümayəndəlikləri, Konsulluqları:
- Səfirlik, Nümayəndəlik, Konsulluq tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə.
- Əgər varsa, ƏDV-yə sıfır faiz dərəcə ilə tətbiqinə dair bildirişin surəti (AR-nin Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunur).
- Səfirlik, Nümayəndəlik, Konsulluq möhürü.
Beynəlxalq Təşkilatlar:
- Beynəlxalq Təşkilatın Azərbaycan Respublikasında fəaliyyəti ilə əlaqədar dövlətlər və ya hökumətlər arasında bağlanan və Milli Məclis tərəfindən ratifikasiya edilən beynəlxalq Sazişlərin icrasını təmin edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Xarici İşlər Nazirliyinin Sərəncamının surəti.
- Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair bildirişin surəti. Əgər varsa, ƏDV-yə sıfır faiz dərəcə ilə tətbiqinə dair bildirişin surəti (AR-nin Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunur) (SimSim abonentləri üçün zəruri deyil) 7.
- Beynəlxalq Təşkilat tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.
- Beynəlxalq Təşkilatın Bank Rekvizitləri haqqında rəsmi arayış (SimSim abonentləri üçün zəruri deyil) 4.
- Beynəlxalq Təşkilatın möhürü5.
Qeyd 7: Əvəzsiz maliyyə yardımının (qrantın) hesabına fəaliyyət göstərdiyini təsdiq edən (qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeydə alınmış) müqavilənin (qərarın) surətini və “Azercell Telekom” MMC tərəfindən xidmətlərin təqdim edilməsinə görə ƏDV-nin sıfır faiz dərəcə ilə tutulması barədə yazılı müraciət (məktub) təqdim etməlidir.
4.2. və 5.2. bəndlərdə, həmçinin Qeyd 3 və Qeyd 7-də göstərilənləri nəzərə alaraq, qanunvericiliyin müvafiq tələblərinə riayət edilmədiyi təqdirdə “Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərə görə müvafiq qaydada ƏDV tətbiq edilir.
Dövlət qurumları:
- Dövlət qurumun yaranması barədə sənəd (Fərman, Sərəncam və s.) və ya onların fəaliyyətini tənzimləyən Əsasnamə/Nizamnamə.
- Hüquqi şəxslərə tələb olunması nəzərdə tutulan sənədlər (Hüquqi şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surəti istisna olmaqla).
Fərdi Sahibkarlar:
Azərbaycan Respublikasının vətəndaşları:
- 7.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bax:1 ) təqdim olunmalıdır;
- 7.1.2. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti.
7.2. Xarici vətəndaşlar:
- 7.2.1. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə (qüvvədə olma müddəti keçməmiş);
- 7.2.2. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti.
7.3. Vətəndaşlığı olmayan şəxslər:
- 7.3.1. Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
- 7.3.2. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti.
Əlavə məlumat:
Etibarnamə və rəsmi məktubların tərtib və təsdiq edilməsi ilə əlaqədar MX-nə müraciət etməklə geniş məlumat əldə edilə bilər.
|
|