get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Zənglərin idarə edilməsi

Zənglərin yönləndirilməsi

Zəngləri ehtiyac olduqda digər nömrəyə və ya cihaza yönləndir

images-phone

Ümumi məlumat

Zənglərin yönləndirilməsi ilə bir nömrədə qəbul edilən, lakin cavablandırılmayan zənglər abunəçinin istəyinə görə başqa nömrəyə köçürülür. Zənglərin yönləndirilməsi həmçinin telefon söndürüldükdə və ya şəbəkə əhatə dairəsi xaricində olduqda belə həyata keçirilir.

Zənglərin yönləndirilməsinin aşağıda növləri vardır. Xidməti aktivləşdirmək üçün sadəcə telefonda müvafiq kodu yığmaq lazımdır.

Telefon sönülü və ya əhatə dairəsi xaricində olduqda:

  •       Şəhər nömrəsinə yönləndirmə: **62* 0 şəhər kodu, nömrə #YES
  •       Mobil nömrəyə yönləndirmə: **62* +994 operator kodu, nömrə #YES

Xidməti deaktiv etmək üçün ##62#YES yığ

Telefon məşğul olduqda:

  •       Şəhər nömrəsinə yönləndirmə: **67* 0 şəhər kodu, nömrə #YES
  •       Mobil nömrəyə yönləndirmə: **67* +994 operator kodu, nömrə #YES

Xidməti deaktiv etmək üçün ##67#YES yığ

Zənglər cavabsız qaldıqda: 

  •       Şəhər nömrəsinə yönləndirmə: **61*0 şəhər kodu, nömrə #YES
  •       Mobil nömrəyə yönləndirmə: **61*+994 operator kodu, nömrə #YES

Xidməti deaktiv etmək üçün ##61#YES yığ

Bütün zəngləri yönləndirmək üçün:

  •       Şəhər nömrəsinə yönləndirmə: **21*0 şəhər kodu, nömrə #YES
  •       Mobil nömrəyə yönləndirmə: **21*+994 operator kodu, nömrə #YES

Xidməti deaktiv etmək üçün ##21#YES yığ

Daxil olan SMS-lərə qadağa qoymaq üçün:

  • Aktiv etmək üçün: *35*xxxx*16#yes
  • Deaktiv etmək üçün: #35*xxxx*16#yes

Göndərilən SMS-lərə qadağa qoymaq üçün:

Aktiv etmək üçün: *33*xxxx*16#yes
Deaktiv etmək üçün: #33*xxxx*16#yes

Zənglərin yönləndirilməsi xidmətini həmçinin birbaşa telefonun menyusundan da aktiv və ya deaktiv etmək olar.

Qiymət

Zənglərin yönləndirilməsi xidməti aktiv edildikdə nömrəyə daxil olan zənglər ödənişlidir. Xidmət haqqı istifadə edilən tarifə uyğun olaraq adi danışıq kimi hesablanır.

Əlavə məlumat

Zənglərin yönləndirilməsi, şəbəkə siqnallarının zəif olduğu yerlərdə bir neçə telefon istifadə edən və / və ya vacib zəngləri ötürmək istəməyən istifadəçilər üçün olduqca rahat xidmətdir. Bu xidmət xüsusilə də telefonun batareyasında enerji səviyyəsi aşağı olduqda faydalıdır.

Anonsları aktivləşdirmək üçün aktiv yazıb 9141-ə, deaktiv etmək üçün deaktiv yazıb 9141-ə SMS göndərmək lazımdır.

9141 qısa nömrəsinə göndərilən SMS- in qiyməti fakturalı xətt abunəçiləri üçün 0.06 AZN (ƏDV daxil), fakturasız xətt abunəçiləri üçün isə 0.05 AZN (ƏDV daxil) təşkil edir.

Bəli, səsli poçta yönləndirilən zənglər adi daxil olan zənglər kimi qəbul ediləcək.

Beynəlxalq nömrələrə zənglərin yönləndirilməsi hal-hazırda mümkün deyil.

Xeyr, Zənglərin yönləndirilməsi xidmətini aktiv etmədən öncə Zənglərə qadağa xidməti deaktiv edilməlidir.

Xeyr, zənglərin yönləndirilməsi xidmətinə görə aylıq abunə dəqiqələri çıxılmır.