get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Zənglərin idarə edilməsi

Konfrans zəng

Konfrans zəng xidməti 6-dək abunəçinin eyni vaxtda bir-biri ilə danışmasına imkan yaradır.

images-phone

Ümumi məlumat

Konfrans zəng xidməti 6-dək abunəçinin eyni vaxtda bir-biri ilə danışmasına imkan yaradır. Konfrans zəng etməzdən öncə İkinci xətt xidmətinin aktiv olmasından əmin olun.

Konfransa qoşulan hər bir abonentə sıra nömrəsı ayrılır. Bu nömrələr aşağıda göstərilən funksiyalardan bəzilərinin istifadəsi üçün lazımdır.

Konfrans bağlantısının yaradılması üçün aşağıdakı komandalardan istifadə edin:

  • Daha bir abunəçinin əlavə edilməsi üçün cari bağlantını bitirmədən: 2 YES, nömrə YES, bağlantı yarandıqdan sonra 3 YES yığın
  • Konfrans iştirakçılarının sayını artırmaq üçün: yuxarıdakı əməliyyatı eyniliklə təkrarlayın
  • İkinci zəngi qəbul edib konfransa qoşmaq üçün: 2 YES, 3 YES yığın
  • Konfrasda iştirak edən bütün abunəçilərlə bağlantını bitirmək üçün: 0 YES yığın
  • Digər iştirakçılarla bağlantını bitirib gələn zəngi qəbul etmək üçün: 1 YES yığın
  • Konfrans istirakçılarından biri ilə ayrıca danışmaq üçün (yalnız konfrans zəngi edən abunəçi): 2, abunəçinin sıra nömrəsi, YES yığın
  • Xəttə gözləyən abunəçilərlə bağlantını bərpa etmək üçün: 3 YES yığın
  • Konfrans iştirakçılarından biri ilə bağlantını bitirmək üçün: 1, abunəçinin sıra nömrəsi, YES yığın

Qiymət

Hər edilən zəngə görə ödəniş konfrans bağlantısını quran abunəçi tərəfindən istifadə etdiyi tarifə uyğun olaraq hesablanır.