get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Zənglərin idarə edilməsi

Gizlicell və Gizlətcell

Nömrəni gizlətmə xidməti

images-phone

Ümumi məlumat

  • Gizlicell nömrənizi daima gizlətməyə imkan yaradır.
  • Nömrənizi istəyinizə görə gizlətmək üçün isə Gizlətcell xidmətindən yararlana bilərsiniz. Bunun üçün zəng vurduğunuz abunəçinin nömrəsindən əvvəl #31# işarələrini yığın.
  • Xidmətdən müvəqqəti istifadə etmək istədiyinizdə Gizlətcell+ xidmətinə müvafiq qısa nömrəyə SMS göndərməklə 1 günlük, 7 günlük və ya 30 günlük qoşula bilərsiniz.
  • Müvəqqəti Gizlətcell xidmətini həmçinin hədiyyə də edə bilərsiniz. Xidməti hədiyyə etmək üçün abunəçinin nömrəsini (+994 50(51) XXX; 00994 50(51) XXX; 0 50(51)XXX; 50(51) XXX) SMS-lə müvafiq qısa nömrəyə göndərin.

Qiymətlər

  • 1-günlük Gizlətcell+ 0.20
  • 7-günlük Gizlətcell+ 1.18
  • 30-günlük Gizlətcell+ 4.13
  • Gizlicell 11.80
  • Daimi Gizlətcell 21.24

Gizlicell və Gizlətcell xidmətlərindən istifadə zamanı nömrənin gizlədilməsinə yalnız Azercell şəbəkəsində təminat verilir.

SMS göndərilməsinə heç bir məhdudiyyət tədbiq edilmir, ve hər yeni sifariş xidmətin vaxtını uzadır.

Abunə

Gizlicell, Gizlətcell və Gizlətcell+ xidmətlərini:

  • Azercell-in istənilən Eksklüziv ofislərinə yaxınlaşmaqla;
  • Gizlətcell+ xidmətini müvafiq qısa nömrəyə boş SMS (pulsuz) göndərməklə aktivləşdirmək olar:
    • 1-günlük – 9001
    • 7-günlük – 9007
    • 30-günlük – 9030

Əlavə məlumat

  • Xidmətdən Azercell-in bütün Fakturalı və Fakturasız xətt abunəçiləri istifadə edə bilərlər.
  • Gizlətcell, Gizlicell, Gizlətcell+ xidmətlərindən istifadə etməklə şəbəkəxarici zənglər zamanı və ya rouminqdə olarkən nömrənin müəyyən edilməməsinə təminat verilmir.
  • Gizlicell, Gizlətcell və Gizlətcell+ xidmətlərindən istifadə zamanı nömrənin gizlədilməsinə yalnız Azercell şəbəkəsində təminat verilir.
  • Gizlətcell+ aktiv olan nömrədə Gizlətcell/Gizlicell xidmətini aktiv etmək mümkün deyil.
  • Gizlətcell+ xidməti ( 1, 7 və yaxud 30 günlük) aktiv olduğu halda, abunəçi Gizlətcell+ üçün yenidən sorğu göndərərsə, hər iki müraciət üçün servis müddəti (günlər) cəmlənərək tətbiq olunur.