get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Harada olmağınızdan asılı olmayaraq ünsiyyətdə qalın

Rouminqdə internet paketləri

100MB
3.90  

İstifadə müddəti: 1 gün

400MB
9.90  

İstifadə müddəti: 3 gün

1GB
16.00  

İstifadə müddəti: 14 gün

3GB
39.90  

İstifadə müddəti: 30 gün

10GB
110  

İstifadə müddəti: 30 gün

info

Bütün rouminq internet paketlərinə WhatsApp-da pulsuz yazışma daxildir!

İnternet paketləri barədə ətraflı məlumat

Səyahətə hazırlaşırsınız?

Səyahət zamanı oflayn olduqda belə yararlanmaq üçün rouminq tövsiyyələrini PDF formatında yükləyin.

Yüklə

Rouminq xidmətindən necə istifadə etmək olar?

Səfər edəcəyiniz ölkə barədə məlumat əldə edin

Azercell-in əməkdaşlıq etdiyi operatorlar və qiymətlər ilə tanış olmaq üçün axtarış bölməsinə ölkənin adını daxil edin

Rouminqi aktivləşdirin

Rouminq xəttinin həm nömrə, həm də cihaz ayarlarında AKTİV olduğundan əmin olun

İnternet paketinə abunə olun

Səyahət zamanı onlayn qalmaq üçün rouminq internet paketlərindən faydalanın

Faydalı məsləhətlər

  1. Nömrə balansında heç bir qalıq borcun olmamasından əmin olun.

Balansı yoxlamaq üçün 650 nömrəsinə boş SMS göndərin. İnternet balansını 2525balans yazıb göndərməklə yoxlamaq olar.

  1. Rouminqi aktivləşdirmək üçün şirkətinizin əlaqəli şəxsinə müraciət edin.
  2. Cihazın ayarlarında rouminqi aktivləşdirin.
  • Azercell-dən SMS vasitəsilə göndərilən məlumat və bildirişləri nəzərdən keçirmək məsləhət görülür.
  • Tariflər və internet paketi seçimindən asılı olaraq şəbəkəni manual olaraq seç. Operatorların siyahısını ölkə adını axtarış bölməsinə yazmaqla əldə etmək olar. 
  • Rouminq xəttinin həm nömrə, həm də cihazın ayarlarında aktiv olduğundan əmin ol.

Yadda saxlanmalı vacib məqamlar

  • Şəkil və videonun avtomatik yüklənməsinin deaktiv edilməsi və vebsaytların mobil versiyasına üstünlük vermək tövsiyyə edilir.

  • Rouminq aktiv olduqda sərhədlərdə mobil telefonun söndürülməsi məsləhət görülür.

  • Fakturalı xətt abunəçiləri rouminq zamanı xərclərin statusunun gecikmə ilə yenilənməsi səbəbindən limitin keçilməsi halları ilə qarşılaşa bilərlər.

  • Rouminq zamanı əməliyyat sistemi və mobil tətbiqlərin yenilənməsi məsləhət görülmür.

İnternet işləmədikdə

  • 3G-nin aktiv edildiyinə və APN bölümündə INTERNET(böyük hərflərlə) yazısının olduğundan əmin olun.

     

  • LTE nömrələri müvafiq operatorun şəbəkəsini seçmək mümkün olmadıqda 4G-dən 3G-yə keçid etməlidirlər.

Xaricdə balansı necə artırmaq olar?

Rouminq zamanı balansı aşağıdakı vasitələrlə artırmaq olar:

Ödəmə kartı vasitəsilə balansın artırılması:

  • *131* [13 rəqəmli kod] #YES yığmaqla balansı artırmaq mümkündür

Roumi̇nq zamanı necə zəng etmək olar?

Mobil telefonlar üçün yığım qaydası + [ölkə kodu] [operator kodu] [nömrə]

Şəhər telefonları üçün yığım qaydası + [ölkə kodu] [şəhər kodu] [nömrə]

Sualınız var? Bizə yazın!

Rouminq zamanı dəstək almaq üçün bizə onlayn çat vasitəsilə müraciət edə bilərsiniz.

Əlavə məlumat

Rominqi aktivləşdirmək üçün START yazıb SMS vasitəsilə 8808-ə göndərə bilərsiniz.

8808 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

Şirkət adına olan nömrələrdən istifadə edən və “Fərdi sahibkar” statusuna malik abunəçilər "Rominqin/Beynəlxalq xəttin abunəçinin istəyi ilə açılması/bağlanması" forması​nı imzalayaraq və ya support.azercell.com ünvanına müraciət edərək rominq xəttini aktiv edə bilərlər. 

Müraciət şəxsiyyət vəsiqəsi təqdim edilməklə yazılı formada edilməlidir.

 

 

Səfər ediləcək ölkənin adını səhifənin başlığında yerləşən axtarış bölməsinə yazmaqla tariflərlə bağlı məlumat əldə etmək olar.

  • Səyahət ediləcək ölkənin mobil operatorunun Azercell ilə əməkdaşlıq edib-etmədiyini yoxlamaq lazımdır.
  • Fakturalı xətt abunəçiləri hesablarında əlavə heç bir qalıq borcun olmadığından əmin olmalıdırlar. Bunun üçün 650 nömrəsinə zəng etmək və ya boş SMS göndərmək kifayət edir. 650 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.
  • Bəzi xarici mobil operatorlar 4G/LTE şəbəkəsini dəstəkləmir. Xaricdə olarkən şəbəkəyə qoşulmaqda çətinlik yaranarsa 4G xidmətini deaktiv etmək və əvəzinə 3G-ni aktivləşdirmək lazımdır.

Balans haqqında məlumat əldə etmək üçün “BALANS” yazıb SMS-lə 2525-ə göndərin və ya *650#YES kodunu yığın.

2525 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 0.01 AZN-dir (ƏDV daxil).

Rominqdə olarkən zəng etmək üçün beynəlxalq yığım formatından istifadə edilməlidir:

[+] [ölkə kodu] [şəhər kodu / mobil operator kodu] [nömrə]. 

Azercell fakturalı xətt abunəçisi rominqdə (+99450) 605 00 00 nömrəsi vasitəsilə müştəri xidmətləri ilə əlaqə saxlaya bilər.

Qeyd edək ki, zəng zamanı ilk 45 dəqiqə ödənişsizdir. Növbəti danışıq müddəti isə 1 saniyə hesablama intervalı ilə ƏDV daxil 0.70 AZN/1 dəqiqə tarifinə əsasən hesablanır. 

Rouminqdə internet işləmədikdə aşağıda qeyd edilən əməliyyatlar həyata keçirilməlidir:

  • Fakturasız xətt abunəçiləri üçün balansda minimum 1 AZN məbləğinin olub-olmamasını yoxlamaq;
  • Cihazda menyu hissəsindən rouminqin aktiv olub-olmamasını yoxlamaq;
  • 3G-nin aktiv edildiyindən və APN bölümündə "INTERNET" (böyük hərflərlə) yazısının olduğundan əmin olmaq.