get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Bitmiş Kampaniyalar

TikTok internet paketi

images

Ümumi məlumat

Azercell 23.02.2021 tarixindən etibarən TikTok istifadəçiləri üçün xüsusi kampaniyaya start verir.

Kampaniya çərçivəsində həm fakturalı, həm də fakturasız istehlakçı seqment abunəçilərimiz üçün TikTok tətbiqində 1GB internet cəmi 2 AZN-ə təqdim olunur. Kampaniyamız Novruz bayramı ərəfəsində gənclərimizin bayram əhval-ruhiyyəsinin yüksək qalmasına və bayram sevincini hər kəslə bölüşməsinə dəstək olacaq.  

Qoşulma

  • Paket həm fakturalı, həm də fakturasız xətt fiziki şəxs statusuna malik olan abunəçilər üçün nəzərdə tutulub.
  • Paket yalnız nömrədə aylıq yenilənən internet paketlərindən biri olduqda aktiv oluna bilər. (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB).
  • Paketin balansını 2525 qısa nömrəsinə boş SMS göndərməklə (1 SMS=0.01 AZN) və ya “Kabinetim” mobil tətbiqi vasitəsi ilə yoxlamaq olar.
  • Paket balansda kifayət qədər vəsait və aktiv aylıq yenilənən paket olduğu halda, hər 30 gündən bir yenilənir.
  • Abunəçi aylıq yenilənən internet paketini ləğv etdikdə, “TikTok” paketi avtomatik olaraq ləğv olunur.
  • Abunəçi yalnız “TikTok” paketini ləğv etmək üçün “StopT” açar sözünü 2525-ə göndərməlidir.
  • Həm aylıq yenilənən, həm də “TikTok” paketini birdəfəlik ləğv etmək üçün “Stop AY” açar sözünü 2525 nömrəsinə göndərmək və ya ekranda *100#0#YES yığmaq lazımdır. Qeyd edək ki, bu zaman qalıq internet balansı sıfırlanır.
  • “TikTok” paketinin trafiki bitdiyi halda, digər internet resursları varsa, tətbiqdən istifadə haqqı bu resursların balansından çıxılacaq.
  • “TikTok” paketini müddətindən tez yeniləmək mümkündür. Bunun üçün cari “TikTok” paketinin trafiki tam istifadə olunmalıdır.
  • “TikTok” paketi limitsiz paketlərdən sonra, lakin günlük və aylıq paketlərdən əvvəl istifadə olunur.
  • Bütün qiymətlər ƏDV daxil qeyd olunub.