get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back İstəSən

Sosial Media paketləri

Sosial Media paketləri

Azercell sosial media istifadəçiləri üçün fərdi internet paketlər təqdim edir!

Artıq sosial şəbəkə paketləri ilə əsas internet paketinin trafikini sərf etmədən sosial mediada daima aktiv ola bilərsən.

Qeyd: Paketləri yalnız “İstəSən” tarifinin abunəçiləri aktivləşdirə bilərlər.

Sosial Media paketləri

Əlavə məlumat

Cari internet paketinin balansı haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS göndərmək və ya *100#YES yığmaq kifayətdir.


Qeyd:

Fakturasız xətt abunəçiləri üçün 2525-ə göndərilən SMS-lər ödənişsizdir.

Qaydaya uyğun olaraq internetə giriş tarif paketi qüvvədəolma müddətinin və ya faktura dövrünün sonunda deaktiv olunur. İnternet paketi avtomatik olaraq yenilənmir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com veb səhifəsinə yönləndirilir. Bu səhifədə abunəçi istənilən internet paketini əldə edə bilər.

İnternet paketi olmadan internetdən istifadə “İstəSən” abunəçiləri üçün 1 MB=0.05 AZN tarifi ilə hesablanır.

İnternet paketinin istifadə müddəti təyin olunduğu vaxta, günün/ayın sonuna qədər keçərlidir, uyğun olaraq internet paketinin qalığı növbəti aya keçə bilməz.

Eyni vaxtda bir neçə internet paketini sifariş vermək mümkündür.

  • Eyni sosial şəbəkəyə aid 2 fərqli həcmdə olan internet paketini istifadə etmək mümkün deyil. Bu halda mövcud paket mütləq deaktiv edilməlidir.
  • Eyni sosial şəbəkəyə aid yeni internet paketi əldə etmək üçün  cari paketdəki internet trafikinin ən az 95%-i istifadə edilməlidir. Bu zaman əvvəlki internet paketinin qalığı sıfırlanır.
  • "İstəSən" tarifinin abunəçiləri Sosial Media paketlərini istənilən vaxt aktivləşdirə bilərlər.

Qeyd: Yenilənən aylıq “Tiktok 1GB-2 AZN” internet paketinin istifadəçiləri yalnız paketi deaktiv etdikdən sonra sosial şəbəkələrə məxsus yenilənməyən aylıq internet paketinə abunə ola bilərlər.

Rouminq zamanı mobil internetdən istifadə etmək mümkündür. Yalnız bu halda internetdən istifadə üçün xidmət haqqı rouminq tariflərinə müvafiq hesablanacaq.

İnternet paketinin sürəti şəbəkənin əhatə dairəsi daxilindəki şəraitindən asılı olaraq dəyişəcək.

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə:

  • Yükləmə (download): 190 Mbps;
  • Ötürmə (upload): 95 Mbps.

4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində normal şəraitdə:

  • Yükləmə (download): 27.8 Mbps;
  • Ötürmə (upload): 18.5 Mbps.

3G şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə:

  • Yükləmə (download): 21.6 Mbps.

İnternet paketlərini deaktiv etmək üçün uyğun açar sözü 2525-ə göndərmək və ya USSD kod yığmaq lazımdır. Bu zaman internet paketi ləğv edilir və qalıq internet sıfırlanır. İnternetdən paketsiz istifadə isə cari tarifə uyğun olaraq hesablanır:

Instagram& Facebook 500 - *100*011#YES və ya stopif5002525; 

Instagram& Facebook 1 - *100*022#YES və ya stopif12525;       

Instagram& Facebook 2 - *100*033#YES və ya stopif22525;         

TikTok 1 - *100*044#YES və ya stoptt12525;       

TikTok 2 - *100*055#YES və ya stoptt22525;        

TikTok 5 - *100*066#YES və ya stoptt52525;        

Youtube 1 - *100*077#YES və ya stopyt12525;   

Youtube 2 - *100*088#YES və ya stopyt2 ➜ 2525;     

Youtube 5 - *100*099#YES və ya stopyt52525.  

Qeyd:

  • Aylıq internet paketini ləğv etmək üçün 2525-ə “STOP ay” yazıb göndərilən zaman  sosial şəbəkə üçün nəzərdə tutulmuş bütün internet paketləri də deaktiv olunur. 
  • Abunəçi ay minus yazıb 2525-ə göndərərək aylıq internet paketinin abunəsini dayandırdıqda, Sosial Media internet paketlərinin istifadə müddəti paketin müddəti bitənədək qalır.
  • Fakturasız xətt abunəçiləri üçün 2525-ə göndərilən SMS-lər ödənişsizdir.
  • Fakturalı xətt abunəçiləri üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.