get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
AzParking

AzParking

Parkinq ödənişləri üçün xidmət

Avtomobilini daha sürətli park edərək vaxta qənaət et

images

AzParking xidmətini necə aktivləşdirmək olar?

Parklanma məntəqəsini seç

Hər bir parklanma məntəqəsinin ərazisində məlumat lövhəsi yerləşir

1181-ə SMS göndər

Dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yeri göndərilməlidir

SMS-in göndərilmə nümunəsi

Avtomobilin dövlət qeydiyyat nömrəsi 00XX000 – parkinq ID 00000 – 00 parkinq yerinin nömrəsi

Dayandırmaq

Parklanma başa çatdıqda isə “Son” yazılaraq 1181 qısa nömrəsinə göndərilməlidir.

Xidmətin SMS vasitəsilə aktivasiyası

Xidmətin SMS vasitəsilə aktivasiyası

Parklanma xidmətindən istifadəni 1181 nömrəsinə avtomobilin dövlət qeydiyyat nişanını, parkinq məntəqəsinin nömrəsini və yerini göndərməklə reallaşdırmaq mümkündür

Xüsusi məlumat lövhələri

Parkinq ərazisində yerləşən xüsusi məlumat lövhələrindən parkinq nömrəsi və zona haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Xüsusi məlumat lövhələri

Sənə uyğun Azercell tətbiqləri

SMSRadar
SMSRadar

SMSRadar

Cərimələri tənzimləmə sistemi

Avtomobil məlumatlarını anında öyrən

Əlavə məlumat

“Azparking” mobil tətbiqi Azərbaycan daxilində milyonlarla insana mobil cihazları vasitəsi ilə parkinq ərazilərini rahatlıqla tapmağa imkan verir. Siz heç bir parklanma ödəmə cihazından istifadə etmədən, parklanma üçün nəzərdə tutulmuş ərazilərdə avtomobilinizi rahatlıqla park edə bilərsiniz. Mobil tətbiq daxilində xəritə üzərində yerləşmə, parklanmanın vaxtının təyin edilməsi, müddəti, ödəniş imkanları və digər funksiyanallıqlar nəzərdə tutulmuşdur.

1181 nömrəsinə avtomobilin dövlət qeydiyyat nişanını, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini göndərməklə reallaşdırmaq mümkündür. Məlumatlar parklanma başladıqda göndərilməlidir. SMS-in göndərilməsi nümunəsi aşağıda göstərilib: 00XX000 - 00000 – 00.

Qeyd edilən ərazilər üçün 1 saat üçün ödənişin məbləği (manatla, ƏDV daxil):

1. Bakı şəhəri (“İçərişəhər” Dövlət TarixMemarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)
Mərkəz 1,00 AZN
I zona 0,70 AZN
II zona 0,40 AZN
III zona 0,30 AZN
IV zona ödənişsiz

2. Sumqayıt şəhəri
Mərkəz 0,40 AZN
I zona 0,20 AZN
II zona ödənişsiz

3. Gəncə şəhəri
Mərkəz 0,40 AZN
I zona 20 AZN,
II zona ödənişsiz

Ödənişli parklanma  yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. 3. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur

Parklanma başa çatdıqda 1181 qısa nömrəsinə “Son” göndərilməklə sonlandırılmalıdır.

Əlavə suallar yarandıqda 141, 1181 qisa nömrələri ilə əlaqə saxlaya, və ya AzParking vasitəsi ilə məlumat əldə edə bilərsiniz.