get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Tarif paketləri

SuperSən 3GB
3GB

İnternet

300 dəq.

Ölkədaxili zənglər

Yazışma

Qoşulmaq üçün "SS3" yazıb 7575-ə göndər

SuperSən 6GB
6GB

İnternet

400 dəq.

Ölkədaxili zənglər

Yazışma

Qoşulmaq üçün "SS6" yazıb 7575-ə göndər

SuperSən 10GB
10GB

İnternet

500 dəq.

Ölkədaxili zənglər

Yazışma

Qoşulmaq üçün "SS10" yazıb 7575-ə göndər

SuperSən 20GB
20GB

İnternet

600 dəq.

Ölkədaxili zənglər

Yazışma

Qoşulmaq üçün "SS20" yazıb 7575-ə göndər

SuperSən 30GB
30GB

İnternet

700 dəq.

Ölkədaxili zənglər

Yazışma

Qoşulmaq üçün "SS30" yazıb 7575-ə göndər

İnternet və danışıqdan istifadə üçün daha sərfəli yeni tarif paketlərini təqdim edirik! “SuperSən” adlı tarif paketləri ilə indi bir ay ərzində müxtəlif nömrələr arasında keçid etmək və ya internet paketini yeniləmək lazım olmayacaq.

İnternet paketləri

More details
1.5GB
1.5GB 6

Daha ətraflı
İstifadə müddəti: 30 gün
More details
6GB
6GB 12

Daha ətraflı
İstifadə müddəti: 30 gün
More details
12GB
12GB 19

Daha ətraflı
İstifadə müddəti: 30 gün

Əlavə məlumat

“SuperSən” tarif paketlərinə istənilən fakturasız xətt abunəçiləri qoşula bilərlər.

Abunəçilər "SuperSən" tarifini aktivləşdirmək üçün 7575 qısa nömrəsinə müvafiq açar sözləri göndərə bilərlər:

  • "SuperSən 3GB"üçün SS3;
  • "SuperSən 6GB"üçün SS6;
  • "SuperSən 10GB"üçün SS10;
  • "SuperSən 20GB"üçün SS20;
  • "SuperSən 30GB"üçün SS30.

7575 nömrəsinə göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir.

İstənilən "SuperSən" tarif paketini müvafiq USSD kodu yığmaqla və ya "Azercell" tətbiqində də aktivləşdirmək mümkündür:

  • "SuperSən 3GB"üçün *750*4*103#YES;
  • "SuperSən 6GB"üçün *750*4*106#YES;
  • "SuperSən 10GB"üçün *750*4*110#YES;
  • "SuperSən 20GB"üçün *750*4*120#YES;
  • "SuperSən 30GB"üçün *750*4*130#YES.

"SuperSən" tarif paketinə qoşulduqda abunə haqqı balansdan silinir, bonuslar isə balansa əlavə olunur.

Tarif 30 gün ərzində etibarlıdır və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif paketi avtomatik olaraq yenilənəcək. Əgər balansda lazımi qədər vəsait yoxdursa, sistem balansda kifayət qədər pul olana qədər tarifi yeniləməyə çalışacaq.

Bonuslar haqqında məlumat üçün:

  • 2112 qısa nömrəsinə boş SMS göndərin (SMS-in qiyməti 0.02 AZN-dir);
  • *111*1*7#YES yığın;
  • “Azercell” mobil tətbiqi vasitəsilə məlumat əldə edin. (Tətbiqi *110#YES yığmaqla yükləyə bilərsiniz).

“SuperSən” tarifi çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində yazışma üçün 1GB-dək trafik təqdim edilir. Mesajlaşma üçün təqdim olunan trafik bitdikdə istifadəçi balansında mövcud olan digər internet resurslarından istifadə edə biləcək. Əgər balansda başqa internet resursları yoxdursa, pulsuz yazışmaq mümkün olmayacaq.

“SuperSən” tarifinə keçid etdikdə abunə haqqı balansdan silinir və balansa tarif bonusları əlavə edilir. Bonuslar 30 gün ərzində etibarlıdır. İstifadə müddəti bitdikdən sonra mövcud bonuslar növbəti aya keçirilmir və sıfırlanır.

Paketi bir ay müddətinə və gündə bir dəfədən çox olmamaq şərtilə (24 saat) yeniləmək mümkündür. Paketi yeniləmək üçün açar sözü 7575 qısa nömrəsinə göndərmək lazımdır. Tarifi, həmçinin USSD kod və ya “Azercell” tətbiqi vasitəsilə aktivləşdirmək olar. Mövcud paketin bonusları yeniləndikdən sonra ləğv edilir.

“SuperSən” tarifi çərçivəsində təqdim olunan bonuslar tükənibsə, lakin paketin istifadə müddəti hələ bitməyibsə, xidmət qiyməti aşağıdakı kimi olacaq:

  • 1 zəngin (ölkədaxili) dəqiqəsi 0.06 AZN təşkil edir.
  • 1MB = 0.05 AZN
  • 1 SMS = 0.05 AZN

Balansda növbəti aylıq abunə üçün kifayət qədər vəsait olmadıqda (həmçinin digər internet paketləri olmadıqda) xidmətin dəyəri:

  • 1 zəngin (ölkədaxili) dəqiqəsi 0.08 AZN təşkil edir.
  • 1MB = 0.05 AZN
  • 1 SMS = 0.05 AZN

İstifadədə üstünlük 55GB istisna olmaqla, qalan bütün hallarda internet paketlərinə veriləcək.

Bonusun istifadə müddəti bitdikdən sonra internet paketini yenidən aktivləşdirmək mümkündür. Yeni paket sifariş etmək üçün abunəçi keçidlərdən istifadə edərək xüsusi səhifəyə də yönləndirilə bilər.

1 MB = 0.05 AZN

İnternet üçün hesablama intervalı 51KB təşkil edir.

Zəngin hesablanma intervalı 60 saniyədir.

“SuperSən” tarif paketindən digərinə keçid zamanı mövcud paketin bonusları ləğv edilir.

Tarifdaxili bonus dəqiqələri rouminq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığın) və qısa nömrələr üçün istifadə edilə bilməz. Həmçinin “Zəngimi ödə” xidməti çərçivəsində abunəçinin telefonuna zəng olunarsa, müvafiq vəsait tarif daxilində təqdim edilən dəqiqələrdən deyil, balansdan çıxarılacaq.

7575 nömrəsinə göndərilən hər sorğu üçün balansdan 0.01 AZN silinir.

1 SMS-in qiyməti 0.05 AZN təşkil edir.

“SuperSən” tarifi haqqında ətraflı məlumat almaq üçün “SS” yazıb 7575 nömrəsinə göndərmək lazımdır.

Bonuslar “SuperSən” tarifinə uğurla qoşulduqdan və ya tarif yeniləndikdən dərhal sonra balansa köçürülür və onları müxtəlif vaxtlarda yeniləmək mümkündür.

Prioritet əvvəlcə yazışma üçün nəzərdə tutulan trafikə, daha sonra isə tarifin əsas paketinə verilir. Əsas paketin resursları tükəndikdən sonra və aktiv internet paketi olmadıqda abunəçi keçidləri olan xüsusi səhifəyə yönləndirilir.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Qiymətlərə ƏDV daxildir