get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back İnternet

Yeni Galaxy A ilə hər ay 1GB 1 il hədiyyə!

images

Ümumi məlumat

15.12.2023-cü il tarixindən etibarən Azercell olaraq Samsung şirkəti ilə birlikdə Yeni il kampaniyasına start veririk! Kampaniya çərçivəsində Samsung Galaxy A seriyalı smartfonları Azercell və Kontakt Home mağazalarından əldə edən abunəçilər hər ay 1GB interneti hədiyyə olaraq qazanacaq və bundan 1 illik müddətə yararlanacaqlar. Paket 12 ay tamamlandıqda avtomatik ləğv ediləcək. Abunəçi internetdən istifadəni davam etdirmək üçün istənilən internet paketini seçərək aktiv etməli olacaq. Kampaniya 31.01.2024-cü il tarixinədək qüvvədədir.

Əlavə məlumat

Kampaniya çərçivəsində istənilən Samsung A seriyalı smartfonları əldə edən abunəçilərə 1GB hədiyyə internet 12 ay müddətinə təqdim edilir və paket 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniya çərçivəsində təqdim olunan paketi deaktiv etmək üçün abunəçi Azercell Müştəri Xidmətlərinə müraciət etməlidir. İnternet paketi 12 ay tamam olduqda isə avtomatik olaraq ləğv ediləcək.

Kampaniya çərçivəsində təqdim edilən smartfonlar və qiymətləri:

 

Marka

Model

Qiymət

SM-A055 4GB 64GB LTE

Galaxy A05

259 ₼

SM-A055 4GB 128 GB LTE

Galaxy A05

299 ₼

SM-A057 4GB 64 GB LTE

Galaxy A05S

319 ₼

SM-A057 4GB 128 GB LTE

Galaxy A05S

359 ₼

SM-A145 4GB 64GB LTE

Galaxy A14

399 ₼

SM-A145 4GB 128GB LTE

Galaxy A14

449 ₼

SM-A245 4 GB 64GB

Galaxy A24

479 ₼

SM-A245 6GB 128GB

Galaxy A24

569 ₼

SM-A346 6GB 128GB 5G

Galaxy A34

679 ₼

SM-A546 6GB 128GB 5G

Galaxy A54

999 ₼

SM-A546 8GB 256GB 5G

Galaxy A54

1.149 ₼

 

Kampaniyaya bütün Fakturalı və Fakturasız xətt abunəçiləri, həmçinin nömrələrini Azercell şəbəkəsinə daşıyan şəxslər də qoşula bilərlər (B2B abunəçilər istisnalıq təşkil edir).

Kampaniyaya Azercell və Kontakt Home mağazalar şəbəkəsində qoşulmaq mümkündür.

Paket rouminq zamanı çalışmır.

Paketin balansı haqqında məlumatı 2112 nömrəsinə SMS göndərməklə, USSD kod yığmaqla və yaxud Azercell Kabinetim tətbiqi vasitəsi ilə əldə etmək mümkündür.