get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Peşəkarlar üçün inkişaf imkanları

İşçilərin professional inkişafında 70:20:10 prinsipi işləyir. İşçilərimiz öz inkişaflarında biliklərinin 70%-ni gündəlik peşə həyatlarında, 20%-ni ətrafdakılarla münasibətdə, 10%-ni isə xüsusi təlim proqramlarından əldə edir.

Azercell işçilərinin professional inkişafına böyük sərmayə qoyur. Əməkdaşlarımız işlərində həm dünyanın tanınmış şirkətlərindən, həm də daxili tədris proqramlarından əldə etdikləri bilik və təcrübədən faydalanırlar.

Hazırda Azercell Akademiyasında 30-a yaxın sertifikatlı tədrisçi fəaliyyət göstərir. Tədrisçilərimiz Təqdimat bacarıqları, Danışıq aparma bacarıqları, Müştəri-yönlü xidmət mədəniyyəti, Müştəriyə fokuslanma, Üz-üzə və telefon vasitəsilə müştəri xidmətləri, Satışın əsasları, İdarəetmənin əsasları, Sağlamlıq və təhlükəsizlik – ilk yardım, yanğınla mübarizə və avtomobillərin təhlükəsiz idarə olunması kimi mövzular üzrə təlimlər keçirirlər.

Azercell Akademiyası nəinki Azercell əməkdaşları və tərəfdaşları üçün, həmçinin Azərbaycanın fərqli özəl və dövlət müəssisələrində.

 

“Azercell Telekom” MMC-nin Peşəkarlar Proqramı

“Azercell Telekom” MMC-nin peşəkar proqramı iş təcrübəsi və ali təhsili olan ambisiyalı şəxslər üçün hazırlanmışdır. Bu proqram TS-də biznesi öyrənmək və şəxsi inkişafa nail olmağa imkan verir. Altı ay müddətində “Azercell Telekom” MMC-nin yüksək vəzifəli rəhbərləri və mütəxəssisləri, eləcə də xarici mütəxəssislər iştirakçılara şirkət və telekommunikasiya sahəsi barədə dəyərli məlumat təqdim edirlər.

İşgüzarsınızsa və tələb olunan iş təcrübəsinə maliksinizsə, vakansiyalar səhifəmizə müraciət edin.

Təcrübə proqramı
Tələbə və məzunlar üçün inkişaf imkanları

Təcrübə proqramı

Azercell-in təcrübə proqramlarına qoşulmaqla məzun və tələbələr şirkətin müxtəlif təlimlərində və korporativ tədbirlərində iştirak etmək şansından yararlanacaqlar. Onlar, həmçinin sosial fəaliyyətlərə aktiv şəkildə cəlb edilərək telekommunikasiya sahəsi üzrə biliklərini artırmış olacaqlar.