Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.
Akademiyanın sertifikatlı mütəxəssislər qrupu öz bilik və təcrübələrini onlayn və oflayn rejimdə effektiv təlimatdırma üsulu ilə bölüşür.
Yüksək səviyyəli təcrübəli ekspertlər hədəflərə nail olmaq və maneələri dəf etmək barədə yeni işçi və mütəxəssislərə istiqamət göstərərək məsləhətlər verir.
Akademiya müştəriləri Telefon Mərkəzinin yaradılması, işçilərin dəyərləndirilməsi sistemi, İnsan qaynaqları və s. kimi müxtəlif sahələrdə konsaltinq xidmətləri ilə təmin edir.
Akademiyanın nəhəng rəqəmsal və ənənəvi kitabxanası biliklərinizin gücləndirilməsinə töhfə verəcək.
Kitabxanamızdakı kitabların sayı
Akademiyada mövcud olan təlimlər
Azercell Akademiyasının təlimçi və mentor heyəti
2020-ci ildə keçirilən təlimlər və inkişaf tədbirləri
İnanırıq ki, əsaslı iş tərəqqisinə yalnız proaktiv inkişaf tədbirləri sayəsində nail olmaq mümkündür.
Müasir dövrdə biznesin uğuru təklif edilən xidmət və ya məhsulun satışı ilə düz mütənasiblik təşkil edir. Satış biznesin inkişafına güclü təsir edən məqamlardan biridir desək, heç də yanılmarıq. İnkişaf etmiş biznes daha çox sadiq müştəri və daha çox gəlir deməkdir. Ona görə də bu sahənin incəliklərini peşəkarlardan öyrənmək olduqca vacibdir. Azercell Akademiyasının Satış Məktəbi bu sahədə karyera qurmaq istəyən hər kəsə biliklərini artırmağa və peşəkar bir mütəxəssis kimi formalaşmağa kömək edəcək.
İş yerlərində və gündəlik həyatda təhlükəsizlik qaydalarına əməl edilməsi mühüm həyati əhəmiyyət kəsb edir. Bu şərtləri düzgün şəkildə yerinə yetirməklə minlərlə insanın həyatını xilas etmək mümkün olmuşdur. Artıq heç kəsə sirr deyil ki, son dövrlərdə də sağlam həyat tərzinin aktuallığı artmaqdadır. Əməkdaşların Rifahı, Sağlamlıq və Əməyin Mühafizəsi Məktəbi olaraq məhz bu mövzularda nəzəri və praktiki biliklərimizi insanlarla paylaşır, həmçinin peşəkar komandamız tərəfindən hazırlanmış tədris proqramları ilə hər kəsə faydalı olacağımıza inanırıq.
Müasir zamanda böyük biznesləri düzgün idarə edə bilmək üçün hədsiz “data” ilə işləmək lazımdır. Yığılan dataları düzgün analiz edərək istifadəsini optimallaşdırmaq önəmli dərəcədə rol almaqdadır. Buna görə də data sahəsini öyrənmək istəyənlərin sayı gün-gündən artır. Lazımi bilikləri isə Azercell Akademiyasının Big Data və Təhlillər məktəbindən öyrənmək mümkündür.
"LİE" vasitəsilə həm başlanğıc səviyyəli, həm də professional şəxslərin ehtiyaclarını qarşılayan fərqli layihə menecmenti proqramları tədris olunur. Rəqəmsal təlim, mentorluq və real keyslər vasitəsilə iştirakçılar öz sahələrində daha da ixtisaslaşırlar.
“MTİE” məktəbimizin tələbələri bu arenada müştəri təcrübəsinin idarəetmə proseslərini necə quracaqlarını və idarə edəcəklərini, hansı formada inkişaf etdirəcəklərini, həmçinin bu sahənin beynəlxalq standartlarını və ən yaxşı təcrübə keyslərini öyrənəcəklər.
Bizimlə əlaqə saxlamaq üçün (+994 12) 496 70 07 nömrəsinə zəng edə və yaxud academy@azercell.com poçt ünvanına yaza bilərsiniz.