Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir.
Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.
Fəaliyyətimiz boyu müştərini diqqət mərkəzində saxlamaqla etibar qazanıb davamlı inkişaf perspektivlərini təmin etməyə çalışırıq. Məqsədimiz daha qabaqcıl müştəri xidmətlərini həyata keçirmək və daha geniş spektrli innovativ məhsullarla çıxış etməkdir.
Müştərilərimizə rahat həllər və kəsintisiz bağlantı təklif etməyə fokuslanırıq. Abunəçilərimizi məhdudiyyətsiz imkanlar yaradacaq texnoloji gələcəyə yaxın etməyə can atırıq.
Davamlı rəqəmsal inklüzivliyə təkan verərək üstünlüyə sahib tam spektrli xidmət təminatçısına çevrilmə niyyətindəyik.ᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠ ᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠᅠ
Məqsədimiz yüksək fəaliyyət nəticələri və innovativ yanaşma tərzini təmin etməyə imkan verəcək bir mühitin yaradılmasıdır. Biz mükəmməllik və davamlı yüksəlişə can atan istedadlı və sadiq insan kapitalını cəlb edərək onun inkişafına zəmin yaratmağa davam edəcəyik.
Coğrafi əhatə dairəmiz
Əhali üzrə əhatə dairəmiz
Bazar payımız
5 milyondan çox müştəri bazamız
Bir millət nə zaman uğur əldə edə bilər?! Cəmiyyətə fayda bəxş etmək üçün hamılıqla BİRLİKDƏ öyrənib, inkişaf edib, çalışıb nümunəvi işlər ərsəyə gətirdikdə! Azercell-li olaraq bizim də məqsədimiz çox sadədir: Azərbaycanda hər bir kəs üçün bağlantını asanlaşdırmaq, həyatı daha dolğun etmək… Azercell Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik. Azərbaycanımızın hər qarışında!
KSM siyasətimizi şirkətimizin strateji məqsədinə əsasən həyata keçiririk; “Baglantını asanlaşdırır, həyatı daha dolğun edirik.”
Proaktiv inkişaf həlləri tətbiq etməklə iş fəaliyyətlərimizin hər istiqamətində fəaliyyətimizi davamlı olaraq artırırıq.
Azercell olaraq komanda üzvlərimizin ehtiyaclarını anlamaq və gözləntilərini qarşılamaq üçün ən müasir texnologiyadan istifad edirik.
Hər bir əməkdaşımızın çalışdığı sahədə özünü maksimum ifadə edə bilməsi və inkişaf etdirməsi üçün balanslı iş yerləri yaradırıq.
Əldə etdiyimiz təcrübələrdən öz komandamızı davamlı şəkildə inkişaf etdirmək və onları mükafatlandırmaq üçün istifadə edirik.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, 5G şəbəkəsi test rejimində, telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell Fintek, abunəçilərə öz ehtiyaclarına uyğun tarif yaratmağa imkan verən tarif paket “İstəsən”, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.
Sosial layihələrin həyata keçirilməsi dayanıqlılıq strategiyamızın əsas hissəsidir. Layihələrimiz təhsil, ətraf-mühit, sosial rifah, iqtisadi inkişaf və s. kimi bir çox sahələri əhatə edir.
#QadınDediyin sosial layihəsi “Ən cəsarətli layihə” mükafatını qazandı
Platin sertifikat (MDB məkanında ilk dəfə)
#QadınDediyin sosial layihəsi “Ən yaxşı KSM layihə” və “Ən yaxşı rəqəmsal kampaniya” mükafatlarını qazandı
ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti
“İlin telekommunikasiya şirkəti” üzrə qızıl mükafat
Yenilikçi olmaqla yanaşı ətraf aləmin qeydinə qalırıq. Bütün fəaliyyət göstərdiyimiz ərazilərdə daim daha yaxşı bir dünya üçün çalışırıq.
5G texnologiyası həm insan orqanizmi, həm də ətraf mühit üçün təhlükəsizdir.
Biz ətraf mühitə qayğı ilə yanaşırıq və “yaşıl” şirkət olmaq üçün səylərimizi əsirgəmirik.
KSM siyasətimizi şirkətimizin strateji məqsədinə əsasən həyata keçiririk; “Baglantını asanlaşdırır, həyatı daha dolğun edirik.”
Azercell şirkəti öz fəaliyyətini qanunlara və etik standartlara riayət üzərində qurur.
Məlumatlarınızın gizli qalmasını təmin etməklə məxfiliyinizə dəyər verir və bu sahədə ciddi standartlar tətbiq edirik
Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 2 milyarda yaxın ABŞ dolları sərmayə qoyub