“Azercell Telekom” MMC şəxsi məlumatlarınızın qorunmasına ciddi yanaşır və Məxfilik Siyasəti ilə bağlı qaydaları sizin diqqətinizə çatdırır. Şəxsi məlumatlarınız yalnız xidmətlərin təkmilləşdirilməsi, müştəri dəstəyi və təhlükəsizlik məqsədləri üçün istifadə olunur.
Məlumatın toplanılması və istifadəsi
Saytımızdan istifadə edərkən daha yaxşı təcrübə üçün şəxsi identifikasiya ilə bağlı məlumatları təqdim etməyiniz tələb oluna bilər. Sizdən alınan məlumatlar tərəfimizdən qorunub saxlanılır və bu Məxfilik Siyasətində göstərildiyi qaydada istifadə olunur.
İdentifikasiya faylları (Cookies)
İdentifikasiya faylları/Cookies, əsasən, unikal, anonim identifikator tərəfindən istifadə olunan, kiçik həcmli məlumatı özündə saxlayan fayllardır. Onlar sizin baş çəkdiyiniz veb-səhifələrdən brauzerə göndərilir və cihazınızın daxili yaddaşında saxlanılır.
Saytımız bu fayllardan aşkar şəkildə istifadə etmir. Lakin sayt məlumatların toplanılması və xidmətlərin təkmilləşdirilməsi məqsədilə üçüncü tərəfin kodundan və fayllardan istifadə edən kitabxanalardan da yararlana bilər. Sizin bu identifikasiya fayllarını qəbul etmək və ya rədd etmək, cihazınıza faylların nə zaman göndərilməsi ilə bağlı məlumat almaq kimi seçimləriniz var. Həmin identifikasiya fayllarından imtina etdiyiniz təqdirdə, xidmətin müəyyən hissəsindən istifadə edə bilməyəcəksiniz.
Xidmət təminatçıları
Biz aşağıda göstərilən səbəblərə görə üçüncü tərəf şirkətləri və şəxsləri işə cəlb edirik:
Biz bu saytdan istifadə edən şəxslərə bildirmək istəyirik ki, üçüncü tərəf sizin Şəxsi Məlumatlarınızı əldə edə bilər. Səbəb isə öz adımızdan onlara tapşırılan tapşırıqların yerinə yetirilməsidir. Lakin onlar hər hansı bir məqsəd üçün bu məlumatları açıqlaya və ya istifadə edə bilməz.
Təhlükəsizlik
Şəxsi məlumatlarınızı təqdim etməklə bizə göstərdiyiniz etibar və inamı dəyərləndiririk. Bu məlumatların kommersiya baxımından məqbul olan vasitələrlə mühafizəsini təmin etməyə çalışırıq. Unutmayın ki, internet vasitəsi ilə informasiyanın ötürülməsi və ya elektron şəkildə saxlanılması metodu 100% təhlükəsiz və etibarlı deyil. Bu səbəbdən də biz onun tam təhlükəsizliyinə zəmanət verə bilmirik.
Digər saytlara keçidlər
Bu sayt digər saytlara keçidləri ehtiva edə bilər. Siz üçüncü tərəfə aid keçidin üzərinə basdığınız halda, bu sayta yönləndiriləcəksiniz. Qeyd edək ki, xarici saytlar tərəfimizdən idarə olunmur. Bu səbəbdən qeyd edilən veb-səhifələrin Məxfilik Siyasətini nəzərdən keçirməyinizi tövsiyə edirik. Biz üçüncü tərəfin hər hansı sayt və ya xidmətlərinə dair məzmun, məxfilik siyasəti yaxud qaydalar üzrə nəzarətə sahib deyilik, buna görə heç bir məsuliyyət daşımırıq.
Məxfilik Siyasətində edilən dəyişikliklər
Biz Məxfilik Siyasətini vaxtaşırı yeniləyə bilərik. Odur ki, hər hansı bir dəyişikliyə görə mütəmadi olaraq səhifəni nəzərdən keçirməyi tövsiyə edirik. Biz bu səhifədə yeni Məxfilik Siyasətini yerləşdirməklə hər hansı bir dəyişiklik barəsində sizi xəbərdar edəcəyik. Dəyişikliklər səhifəyə yerləşdirildiyi andan qüvvəyə minir.
Bizimlə əlaqə
Məxfilik Siyasətinə dair hər hansı sual və ya təklifiniz olarsa, tərəddüd etmədən bizimlə əlaqə saxlaya bilərsiniz: customercare@azercell.com