Layihə çərçivəsində ilk təlim qadın cəzaçəkmə müəssisəsində baş tutdu
Azercell və “Ümidli Gələcək” İB Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində təlim keçiblər. Penitensiar Xidmətin dəstəyi ilə baş tutan təlimə 100-ə yaxın qadın qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka, yeni iş imkanları mövzularında çıxış ediblər, sonda isə qadınları maraqlandıran suallar cavablandırılıb. Təlimin əsas məqsədi məhbusların azadlığa çıxdıqdan sonra cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.
Təlim iştirakçılarına həmçinin “Qadın Dəstək Xətti” barədə məlumat verilib. Onlara gələcəkdə bu xidmətdən yararlanmaq tövsiyə edilib. Ətraflı.