Hər birimiz bir gün müştəri olur və müştəri xidmətləri dünyasına daxil oluruq. Yüksək keyfiyyətli müştəri xidmətləri hər bir şirkət üçün ən vacib amillərdən biridir. Sektorun ən professional təlimçilərindən üzbəüz müştəri xidmətlərinin əsaslarını öyrən. Azercell Akademiyası tərəfindən təqdim olunan üzbəüz müştəri xidmətləri təliminə elə indi müraciət et.
Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.