Bu təlim satış dünyasına yeni daxil olan şəxslər və bu sahədə karyerasını inkişaf etdirərək yeni praktiki bacarıqlar öyrənmək istəyən hər bir şəxs üçün nəzərdə tutulmuşdur. Kurs müddətində iştirakçılar satış anlayışı, satış bacarıqlarının təkmilləşdirilməsi və satışın əsas prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.