get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Təlimçinin təlimi

Təlimçinin təlimi

Təlim haqqında:

Biznes təlimçisi biznes dünyasında uğur qazanmaq üçün vacib olan bacarıqları, metodları və alqoritmləri öyrədən şəxsdir. Biznes təlimçisi olmaq üçün illərlə qazanılmış təcrübə və bilik lazımdır, bu kurs zamanı iştirakçılar bu təcrübəni real həyata necə doğru şəkildə tətbiq edəcəklərini öyrənəcəklər. Azercell Akademiyasının ekspertləri tərəfindən təşkil olunan bu kurs təlimçi karyerasına başlamaq istəyən şəxslər üçün mükəmməl bir imkandır.

Proqram:

  • Təlim nədir? Biznes təlimi konsepsiyası
  • Edqar Deylin “təcrübə konusu” nəzəriyyəsi
  • Təlimçi bacarıqları və qabiliyyətləri
  • Təlimin qrafik konsepsiyasını hazırlamaq
  • Təlim məqsədini müəyyənləşdirmək
  • Müştəri və təlimçi texnologiyaları
  • Təqdimat və diqqəti cəlbetmə bacarıqları
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.