get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində!

calendar 23.12.2024

Lider mobil operator yerli bazarda tokenləşdirilmiş balans artımını təklif edən ilk mobil operator oldu

 

Ən innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyi hədəfləyən Azercell bu dəfə mobil ödənişlərin asanlığı təmin edir. Lider mobil operator “Apple Pay” və “Google Pay”in “Azercell” mobil tətbiqinə inteqrasiyasını reallaşdırır.

Bu yenilik istifadəçilərə mobil balanslarını tez, təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir, kart məlumatlarını manual olaraq daxil etmək ehtiyacını aradan qaldırır. 

“Apple Pay” və “Google Pay”ın “Azercell” mobil tətbiqinə inteqrasiyası ödənişləri biometrik autentifikasiya və ya xüsusi ödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata keçirməyə imkan verir. Eyni zamanda, yeni ödəniş üsulu istifadəçi məlumatlarını qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etmək üçün qabaqcıl tokenizasiya texnologiyalarından (istifadəçilərin kart məlumatlarının şifrələnməsi) istifadə edərək əməliyyat  təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.

Əlavə məlumat üçün: https://www.azercell.com/az/