get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell 20-ci Eksklüziv mağazasını istifadəyə verdi

calendar 25.12.2018

Şirkət bayram ərəfəsində Tərtər şəhərindəki abunəçiləri üçün 2 kampaniyaya start verdi

Abunəçilərinin rahatlığı üçün 2018-ci ilin sonuna qədər Eksklüziv mağazalarının sayını artırmağı hədəfləyən “Azercell Telekom” MMC qarşısında qoyduğu məqsədə çatıb. Şirkət sayca 20-ci Eksklüziv mağazasını Tərtər şəhərində abunəçilərinin ixtiyarına verib. Bölgələrdə abunəçilərə təqdim edilən sayca 13-cü olan mağaza Tərtər şəhəri, Heydər Əliyev pr. 47 ünvanında yerləşir. Eksklüziv mağazanın açılışında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Dekabrın 25-dən etibarən bazar ertəsi – şənbə 09:00 – 18:00 (fasiləsiz), bazar günü 09:00 – 15:00 (fasiləsiz) fəaliyyət  göstərəcək mağazada abunəçilərin Azercell-in xidmətlərindən yararlanması üçün hər cür şərait yaradılıb. Mağazaya gələn hər bir müştəri mobil xidmətlər üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar köməklik göstərəcəklər. Digər eksklüziv mağazalarda olduğu kimi, Azercell Tərtər şəhərindəki müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 25-dən etibarən 7 gün ərzində,Tərtər Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50%-dək endirimdən yararlanmaq imkanı qazanacaq.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küç., 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıt (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxı (Ağamirzəli Əhmədov küç., 1), Bərdə (İsmət Qayıbov küç., 8), Gəncə (Heydər Əliyev pr., 149), Beyləqan (Sərdar İmrəliyev küç. 265), Ağcabədi (Ü. Hacıbəyli pr., 68) və Qazaxda (Firuddin Şamoyev küç., 1A) və Sabirabadda (Heydər Əliyev pr., 60) abunəçilərin ixtiyarına verilib.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.