Azərbaycanın lider mobil operatoru Azercell Telekom öz fəaliyyətində uğur və nailiyyətlərlə dolu növbəti bir ili geridə qoydu. 2014-cü ilin bütün göstəriciləri Azercell-in özünün mövcud lider mövqeyini qoruyub saxladığını, bir çox parametrlər üzrə daha böyük irəliləyişlər əldə etdiyini sübut edir.
Hal-hazırda Azərbaycanın mobil rabitə bazarının 51,3 %-i Azercell Telekom-u seçir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4.5 milyon nəfəri ötüb keçmişdir.
Ən böyük sərmayədar
Ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan Azercell ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb. 2014-cü ildə Azercell öz işçilərinin inkişafına 1.2 milyon manat (18 il ərzində isə 14.2 milyon manat) həcmində sərmayə yatırıb. Bunlar isə özünü Azercell xidmət səviyyəsinin və nəticədə müştəri məmnuniyyətinin yüksəldilməsi ilə nəticələnib.
2014-cü ildə Azercell dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2014-cü ildə Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 % təşkil edib.
Ən keyfiyyətli:
Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% daha da gücləndirib. 2014-cü ildə şirkət 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb. Bundan əlavə lider operator 3G şəbəkəsinin tutumunu rekord səviyyədə gücləndirib: ölkə üzrə 48%, Bakıda- 92 %!
Müştəriyə ən yaxın:
Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 Ön Masa və Azercell Ekspress ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir. 2014-cü ildən etibarən Bakı şəhəri, B. Bağırova, 2 ünvanında yerləşən Azercell Müştəri Xidmətlərinin iş saatı 9:00- 23:00 qədər uzadıldı. Azercell-in telefon mərkəzi isə hər zaman olduğu kimi 7/24 saat çalışır. Müştəri xidmətlərinə hər hansı səbəbdən gələ bilməyən abonentlərə isə Azercell-in Mobil Ofisi dəstək olur. Xidmət əməkdaşı bu məqsəd üçün ayrılan və lazımi texniki avadanlıqla təchiz olunmuş xüsusi avtomobildə müştərilərin yanına gedərək, onlara yerində xidmət göstərir.
2014-cü ilin maraqlı statistikası:
3 718 547 zəngi telefon mərkəzində qəbul olunub;
1 776 060 nəfər müşəri xidmət mərkəzlərini ziyarət edib
96% müştəri istəyi zamanında yerinə yetirilib
Ən sürətli: . Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün Azercell ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. İl ərzində Azercell-də abunəçi başına Mobil İnternetdən istifadə 65% artdı.
Ən əlverişli
Sürəti və keyfiyyəti saxlamaq şərti ilə, Azercell müştərilərin faydasını düşünərək, , ötən il böyük tarif endirimləri təqdim etdi. 10GB=10AZN; İnternet Su Qiymətinə 0,25AZN= günlük 50MB İnternet; "Şənbə-bazar pulsuz İnternet” və s güzəştli məhsul və kampaniyaların hesabına Mobil İnternetin 1GB qiymətini 30% endirdi. Həmçinin
“Gənc OL”, “Hədsiz”, tarif paketlərini istifadəyə verən operator,. “Gənc Ol” pakeində 50%, “Hədsiz” tarifində isə abunəçiyə 75% endirim təqdim etdi. 2014-cü ildə Azercell-lilər həm beynəlxalq zənglərdə, həm də rouminqdə xeyli güzəştlər qazanıblar. Belə ki, ötən ilin yayından Azercell rouminq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. Bundan əlavə, Rusiya, Türkiyə, Almaniya və Gürcüstanla rominq servislərinəböyük endirimlər tətbiq olundu. Həmçinin, beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni 1 dəq. üçün 0.32 qəp. tarifi tətbiq olunmağa başladı. Hazırda Azercell-in ölkə ərazisində 500-ə çox xidmət mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, beynəlxalq təcrübədən faydalanan Azercell Telekom-un abonentləri TeliaSonera şirkətlər qrupuna daxil olan operatorların 14 ölkəsində 60%dən çox endirim təklif edən unikal rominq tarifləri ilə ünsiyyət qurur (daha əraflı www.azercell.com)
Ən yenilikçi:
Azercell Azərbaycan bazarında təqdim etməyə hazırlaşdığı dünyanın ən son texnoloji yenilikləri BakuTel 2014 sərgisində nümayiş etdirdi.
Sumaks təhlükəsizlik sistemi – Baram İnnovasiya və Sahibkarlıq mərkəzinin təqdim etdiyi ölkədə ilk M2M Ağıllı Ev texnoloji yenilikdir. Gündəlik məişət proseslərini sim kart vasitəsilə idarə etməyə imkan verir, insan həyatını asanlaşdırır və qoruyur.
Mobil Sağlamlıq – pasientin səhhətini analiz edərək yekun məlumatı bazaya və ya şəxsi həkimə göndərir.
Valideyin Nəzarət Sistemi – valideynlərə azyaşlı uşaqlarına nəzarət etməyə və onların marşrutunu izləməyə yardım edir.
Augmented Reality- şəkli canlandıraraq videoya çevirir. Bütün bu yenilikləri Azercell Telekom yaxın il ərzində müştərilərin istifadəsinə verməyə hazırlaşır.
Azercell-in stendi Bakutel 2014-də ən çox ziyarət edilən stend mükafatını aldı!
Ən nümunəvi
2014-cü ildə Azercell sosial layihələrin həyata keçirilməsinə 0,3 milyon manat (18 il ərzində təqribən 14 milyon manat) həcmində vəsait sərf edib. İl ərzində şirkətin dəstəyi və təşəbbüsü ilə ölkədə xeyli sayda əhəmiyyətli tədbirlər həyata keçirilib. Azercell Azərbaycan və Qafqaz regionunda ilk Elm Festivalına dəstək olub. Azercell-in dəstək verdiyi digər layihə “Elm və Texnologiya Sahibkarlığı Proqramı” (ETSP) müsabiqəsində II yeri tutub. Sosial məsuliyyətə böyük diqqət ayıran şirkət tərəfindən uşaqlara və gənclərə dəstək verən layihələr də davam etdirilib – az təminatlı və kimsəsizlər üçün səyyar Göz Klinikası və Diş klinikası fəaliyyətini davam etdirib; “Ümid Yeri” Uşaq Sığınacağının binası Azercell tərəfindən yenidən təmir olunub; Azercell-in Təqaüd proqramına həm Bakıda, həm də regionallarda təhsil alan tələbələr seçilib. Telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə Azercell müstəqil jürinin səsverməsinə əsasən İlin Şirkəti, İlin Ən Yaxşı Məhsulu, İlin Ən Yaxşı Müştəri Xidmətləri nominasiyaları üzrə nüfuzlu “Stevie” Beynəlxalq Biznes Mükafatını qazanıb.
Ən sədaqətli
Sosial şəbəkələrin böyük əhəmiyyət daşıdığı bir dövrdə Azercell-in bu istiqamətdəki fəaliyyətini də nümunəvi adlandırmaq olar. Belə ki, Azərbaycanın mobil operatorları arasında ilk təsdiqlənmiş Facebook səhifəsi statusunu Azercell alıb. İstifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Eyni zamanda, şirkət bir il ərzində iki dəfə onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq və Facebook cavablama reytinqi 99% - 100% faizə çatdıraraq “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından Sosial sədaqətli (“Socially devoted”) sertifikatına layiq görülüb. Ötən il həm də “Socialbakers”-in hesablamalarına əsasən Azercell-in Facebook statusu Azərbaycanda ən populyar status olub
Müştəri məmnuniyyətinə önəm verən Azercell Telekom bu illər ərzində əldə etdiyi inam və etibarı qoruyaraq saxlamaq, qarşıda gələn illərdə daha böyük nailiyyətlər qazanmaq niyyətindədir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.