Azərbaycan
Azercell abunəçilərinin nəzərinə!
Məlumat üçün bildiririk ki, 20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar Azercell abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir.
Qeyd: “Azercell Telekom” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində yaranan çətinlik aradan qaldırılaraq telekommunikasiya xidmətlərindən tam normal əsaslarla istifadə imkanı təmin edilmişdir.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır