get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 03.08.2024

Azercell abunəçilərinin nəzərinə

“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan internet tariflərinin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 02.09.2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

“Azercell Telekom” MMC korporativ abunəçilər üçün yeni və daha həcmli internet paketləri istifadəyə verir. Korporativ abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş 1 GB, 5 GB, 10 GB, 50 GB aylıq yenilənən və 500 MB, 1 GB və 5 GB aylıq yenilənməyən internet paketləri ləğv ediləcək. Qeyd olunan tarixdən etibarən 1 GB, 5 GB, 10 GB, 50 GB aylıq yenilənən internet paketlərindən istifadə edən və növbəti yenilənmə dövrünədək digər tarif paketlərinə keçid etməyən nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə daha əlverişli internet paketlərinə abunəlik ilə əvəz ediləcək:

Aylıq yenilənən internet paketlərinin adı Avtomatik qaydada əvəz ediləcək aylıq yenilənən internet paketlərinin adı Yeni aylıq yenilənən internet paketlərinin qiyməti
1 GB 2 GB 6 AZN
5 GB 7 GB 10 AZN
10 GB 14 GB 15 AZN
50 GB 55 GB 30 AZN

Qeyd olunan tarixdən etibarən, 500 MB, 1 GB və 5 GB aylıq yenilənməyən internet paketlərindən istifadə edən nömrələr, istifadə müddətinin sonunadək müvafiq paketdən yararlana biləcək.

Eyni zamanda göstərilən tarixdən etibarən fakturalı xətt sistemində korporativ abunəçilər üçün nəzərdə tutulan 60 MB və 500 MB aylıq yenilənən internet paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi müvafiq paketlərə qoşulan abunəçilərə cari abunəlik ləğv edilənə qədər standart qaydalara əsasən tarif paketindən ümumi əsaslarla istifadəyə davam etmək imkanı təqdim ediləcək. 500 MB aylıq yenilənən internet paketinə yeni qoşulmaların dayandırılması, yalnız “Biznesim Geniş zolaqlı” tarif paketində olan abunəçilərə şamil edilməyəcək.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.