get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 03.08.2024

Azercell abunəçilərinin nəzərinə

Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədi ilə 05 sentyabr 2024-cü il tarixindən etibarən korporativ abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Biznes 10”, “Biznes 16” və “Biznes 20” tarif paketləri ləğv ediləcək.

Qeyd olunan tarix daxil olduğu cari faktura dövrü bitdikdən sonrakı növbəti faktura (müvafiq olaraq hər ayın 5-i və ya 25-i) dövrünədək digər tarif paketlərinə keçid etməyən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə daha əlverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.

Ləğv olunan Tarif Paketlərinin adı Avtomatik qaydada əvəz ediləcək tarif paketlərinin adı
"Biznes 10" "Biznesim 3 GB"
"Biznes 16" "Biznesim 3 GB"
"Biznes 20" "Biznesim 6 GB"

 

“Biznesim 3 GB” və "Biznesim 6 GB" tarif paketlərinə dair məlumat:

Tarif paketlərinin adı*
"Biznesim 3 GB"
"Biznesim 6 GB"
Şirkətdaxili zənglər
Aylıq abunə haqqı
Ölkədaxili dəqiqələr
Ölkədaxili SMS
İnternet həcmi

Limitsiz

14 AZN 700 500 3 GB
Limitsiz 19 AZN 1300 1000 6 GB

* Paket çərçivəsində təqdim edilən bu xidmətlər bitdikdə hesablama aşağıda qeyd olunan qiymətlər ilə aparılacaq:

Ölkədaxili zənglər: dəqiqəsi 0,05 AZN; SMS: 0,03 AZN; İnternet paketdə nəzərdə tutulmuş internet həcmi sona çatdıqda və başqa aktiv internet paketi olmadıqda nömrənin internetə çıxışı məhdudlaşdırılaraq abunəçi yeni bir paket almaq üçün internet.azercell.com səhifəsinə yönləndirilir. Abunəçi yeni paket almadığı təqdirdə 1 MB üçün 0,05 AZN ödəməklə internetdən istifadəni davam edə bilər.

** Hesablama intervalı: zəng üçün – 10 saniyə, internet üçün – 51 KB. Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətli, o cümlədən xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.