get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 22.02.2024

25 mart 2024-cü il tarixindən etibarən “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketləri üzrə daha əlverişli şərtlər təqdim edilməyə başlanılır. Belə ki, “Biznesim” tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmində artım edilməklə daha rahat istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilər “Biznesim” tarif paketləri üzrə digər imkanlardan (zəng\SMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər. 

 

Tarifin əvvəlki adı Tarifin yeni adı Qiyməti (ƏDV daxil, AZN) Korporativ zənglər Danışıq İnternet SMS Beynəlxalq zənglər
Biznesim 1GB Biznesim 3GB 14 Limitsiz 700 dəqiqə (ölkədaxili) 3GB 500 -
Biznesim 3GB Biznesim 6GB 19 Limitsiz 1300 dəqiqə (ölkədaxili) 6GB 1000 -
Biznesim 5GB Biznesim 9GB 24 Limitsiz 2500 dəqiqə (ölkədaxili) 9GB 2000 10 dəqiqə
Biznesim 10GB Biznesim 15GB 34 Limitsiz 4000 dəqiqə (ölkədaxili) 15GB 2000 20 dəqiqə
Biznesim 50GB Biznesim 55GB 54 Limitsiz 7000 dəqiqə (ölkədaxili) 55GB 3000 30 dəqiqə

Qeyd: Hesablanma intervalı zənglər üçün 10 saniyə, internet üçün isə 51 KB-dir.

Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və ya Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi – SimSim abunəçiləri üçün (+994 12) 490 49 49 və 2002; Fakturalı xətt abunəçiləri üçün (+994 12) 490 52 52 və yaxud 6565, e-poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, həmçinin Onlayn Müştəri Xidmətləri) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Korporativ abunəçilər Müştəri Xidmətlərinə - (+994 12) 490 49 40 nömrəsinə və yaxud 6050-yə zəng etməklə (1 zəng: 0.10 AZN, Bazar ertəsi - Cümə saat 09:00 - 18:00; Şənbə günü 09:00 - 16:00), həmçinin destek@azercell.com ünvanına müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqında ətraflı məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.