Azercell abunəçilərinin nəzərinə:
“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 13 avqust 2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Fakturasız (SimSim) xətt sisteminə aid yeni nömrələr əldə edilərkən ödənilməsi nəzərdə tutulan 2 AZN məbləğində təsis haqqı ləğv edilir. Eyni zamanda Fakturasız (SimSim) xətt sisteminə aid yeni nömrələr üçün təqdim edilən “Xoş gəldin” kampaniyası dayandırılır. Qeyd olunan tarixə kimi “Xoş gəldin” kampaniyasına qoşulan nömrələr, istifadə müddəti bitədək kampaniya şərtlərdən yararlana biləcəklər.
Qeyd:
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.