get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 22.07.2021

“Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyatı yoxdur.

Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün abunəçilərinə şübhəli zənglərə və SMS-lərə geri dönüş etməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin  istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edilir.