“Azercell Telekom” MMC-nin abunəçilərinə təqdim etdiyi “Zəngimcell” xidməti çərçivəsində 12.11.2022-ci il tarixindən etibarən yeni tariflər tətbiq olunacaq.
12.11.2022-ci il tarixindən etibarən günlük abunə haqqı məbləği 0,06 AZN həcmində müəyyənləşdirilir. Xidmətə maksimum 30 günlük (1,80 AZN) abunəlik imkanı təqdim edilir. Balansında 0,06 AZN-dən az vəsait olan abunəçilər ilkin olaraq xidmətə 10 günlük abunəliyi aktiv edə bilərlər. Bu zaman 0,60 AZN abunə haqqı məbləği balans artırıldıqda, tam və ya hissə-hissə balansdan çıxılır.
Zəngimcell xidmətinə abunəliyi aktiv etmək üçün istənilən Zəngimcell kodunu 6900 və ya 6070 qısa nömrəsinə göndərilə bilər. Həmçinin *185*(mahnı kodu)#YES kombinasiyasından istifadə edərək Zəngimcell yükləyə və abunəlik müddətində seçilmiş musiqi parçasını ödənişsiz dəyişə bilərlər. Abunəçilər musiqi parçaları və onların kodları ilə http://zengim.az saytında tanış ola bilərlər.
*12*.11.2022-ci il tarixinədək “Zəngimcell” xidmətinə qoşulmuş abunəçilərə yeni tariflər əvvəlki qiymətlə əldə edilmiş xidmətin istifadə müddəti başa çatdıqdan sonra tətbiq olunacaq.
Abunəçilər göstərilən dəyişikliklər, “Zəngimcell” xidmətindən istifadə və imtina qaydaları, musiqi parçaları ilə tanış olmaq və kodlarını əldə etmək, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər”.