Azercell abunəçilərinin nəzərinə,
5 avqust 2024-cü il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Zəngimi Ödə” xidmətləri ləğv ediləcək.
Qeyd: Abunəçilər müxtəlif güzəştli danışıq, internet xidmətləri ilə də bağlı əlverişli istifadə şərtləri olan digər paketlərdən yararlana, həmçinin internet və danışıq dəqiqələrinin bir araya gəldiyi sərfəli tarif paketlərindən istifadə edə bilərlər. Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.