get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 02.01.2019

“Azercell Telekom” MMC-in Korporativ müştərilərə təqdim etdiyi və aşağıda qeyd olunan paketlərdə 25 yanvar 2019-cu il tarixindən etibarən göstərilən qaydalar tətbiq olunacaqdır:

“Biznes 10”, “Şirkətim”,”Biznes 16”, “Minimalist”,”Biznes 20”, “Biznes 25”,”Optimist Danışıq”, “Optimist Şəbəkə, “Optimist İnternet”, “Biznes 55”,“Praqmatist”, “Maksimalist” və “İdealist” danışıq paketi çərçivəsində təqdim olunan istifadə imkanlar yalnız fərdi istifadə üçün nəzərdə tutulub. Qeyd edilən paketlər çərçivəsində təqdim edilən müvafiq imkandan fərdi deyil, digər məqsədlər üçün (Reklam və Spam SMS-lər göndərmək, Simbox, Fix GSM və bu tipli digər cihazlardan istifadə edilməsi, qeyri qanuni telekommunikasiya xidmətləri məqsədləri üçün istifadə edilməsi halların da) o cümlədən fərdi mobil telefon cihazlardan kənar istifadəsi qadağandır. Qeyd oluna paketlər çərçivəsində təqdim edilən imkandan (dəqiqə\SMS\internet) şərtlərdən pozulmaqla yararlanma faktı aşkar edildikdə, həmin nömrələrdə müvafiq paketə abunəlik ləğv ediləcəkdir. Müvafiq paketə abunə ləğv edildikdən sonra, telekommunikasiya xidmətlərindən istifadə nömrələrdə mövcud olan tarif paketinə uyğun olaraq hesablanacaqdır.

“Praqmatist”, “Maksimalist” və “İdealist” paketləri çərçivəsində faktura dövrü ərzində 15000 dəqiqə şəbəkə daxili danışıq imkanı, “Maksimalist” və “İdealist” paketləri çərçivəsində 10000 dəqiqə şəbəkə xarici danışıq imkanı və ölkə daxili 5000 SMS (qısa nömrələr və rominq xidmətinə şamil edilmir) göndərmək imkanı təqdim ediləcək. Müvafiq paketlər çərçivəsində təqdim edilən imkanlar faktura dövrü ərzində tətbiq edilir. Həmin istifadə dövrü ərzində istifadə edilməyən həcm qalığı ləğv (sıfırlanmaqla) edilir və istifadə edilməmiş qalıq növbəti dövrə keçirilmir. İstifadə dövrü ərzində, paket çərçivəsində təqdim edilən imkandan tam istifadə edildikdə abunəçi tərəfindən istifadə edilən əlavə telekommunikasiya xidmətlərinə görə nömrələrdə mövcud olan tarif paketinin şərtlərinə əsasən istifadə edilən xidmətlərə görə haqq hesablanır.