Mobil rabitənin dəyişən trendlərini və abunəçilərin mobil internet xidmətlərinin istifadəsinə üstünlük verməsini nəzərə alaraq daha geniş seçim imkanı yaratmaq məqsədilə Azercell təklif etdiyi internet paketlərinin çeşidini optimallaşdırmağı planlaşdırır. Beləliklə, 15.04.2022-ci il tarixindən başlayaraq internet paketlərindən istifadə edən abunəçilər üçün aşağıdakı şərtlər tətbiq ediləcək:
Bundan əlavə, Azercell təqdim etdiyi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və fakturasız (SimSim) xətt sisteminin abunəçilərinə təklif olunan tariflərin optimallaşdırılması məqsədi ilə bəzi tarif paketlərində dəyişiklik edir. Müvafiq olaraq, 15.04.2022-ci il tarixindən etibarən “Bölgə” tarifi üçün hesablama intervalı 60 saniyə kimi tətbiq ediləcək.
Qeyd:
Bütün qiymətlər ƏDV daxil göstərilib. Abunəçilər göstərilən dəyişikliklər, müvafiq tarif paketləri və mövcud tarif paketlərinin dəyişdirilməsi şərtləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.