get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 15.03.2022

Fakturasız (SimSim) xətt və Fakturalı xətt sistemlərinə aid nömrələr ilə əlaqədar abunəçilər ilə “Azercell Telekom” MMC arasında münasibətləri tənzimləyən Abunə Müqavilələrinin 6-cı maddəsi aşağıdakı redaktədə verilmək ilə 14 aprel 2022-ci il tarixindən etibarən rəsmi olaraq hüquqi qüvvəyə minərək, həm Fakturasız (SimSim) xətt və Fakturalı xətt sistemlərinə aid nömrələrlə əlaqədar münasibətlərdə tətbiq ediləcək:

“6. ROMİNQ

6.1. “AZERCELL” tərəfindən müəyyən edilən şərtlər çərçivəsində rominq xidmətini aktiv və ya ləğv etmək üçün, Abunəçi Müştəri Xidmətlərinə müraciət edə bilər.”.

Eyni zamanda abunəçilərimizin diqqətinə çatdırırıq ki, 12.11.2015-ci il tarixindən etibarən, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə depozit məbləği ödəmədən açar sözünü müvafiq qısa nömrəyə göndərmək ilə rominq xidmətini aktivləşdirmək və ya ləğv etmək imkanı təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, Abunə Müqaviləsində mövcud olmuş rominq xidmətini aktiv etmək üçün tələb olunan depozit şərti çıxarılır. Abunəçilər nömrələrinin hesabına ödədikləri vəsaiti telekommunikasiya xidmətlərinin göstərilməsinə sərf edə və ya Abunə Müqaviləsinin 2.8-ci maddəsində nəzərdə tutulan xidmətlər çərçivəsində istifadə edə bilərlər. “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, E- poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən online müştəri xidmətləri) müraciət etməklə əldə etmək imkanına malikdirlər.