get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 28.02.2025

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədi ilə 07.04.2025-ci il tarixindən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

  • Bütün fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr (korporativ abunəçilər daxil olmaqla) üçün nəzərdə tutulmuş SMS xidməti çərçivəsində ölkədaxili göndərilən 1 SMS-ə görə 0,10 AZN, ölkəxarici (beynəlxalq zəng istiqamətindəki ölkələrə) göndərilən 1 SMS-ə görə isə 0,25 AZN xidmət haqqı tətbiq ediləcək.
  • Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş Balans haqqında avto–məlumat xidməti ödənişli olacaq və xidmət çərçivəsində aylıq abunə haqqı 0,59 AZN təşkil edəcək. Xidmət hər 30 gündən bir avtomatik olaraq yenilənəcək. Abunəçilər müvafiq açar sözündən istifadə etmək ilə xidməti aktiv və ya deaktiv edə biləcəklər.
  • Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş Balans öyrənmə (Balans məlumatı) xidməti çərçivəsində hər USSD ( *111*1*7#yes ) sorğuya və 2112 qısa nömrəsinə göndərilən hər bir SMS-ə, o cümlədən 2112 qısa nömrəsi istiqamətində həyata keçirilən hər bir zəngə görə 0,10 AZN xidmət haqqı tətbiq ediləcək.

Qeyd: Abunəçilər “Kabinetim” tətbiqi vasitəsi ilə nömrənin balansı və cari vəziyyəti barədə məlumatı ödənişsiz əldə etmək imkanına malikdirlər. Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər (“Kabinetim” tətbiqindən istifadə imkanı barədə məlumat daxil olmaqla), tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.