get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Azərbaycanın növbəti qlobal marketinq tədbirini təqdim etdi

calendar 30.11.2012

“Marketing Kingdom Baku”da dünyanın nüfuzlu biznes qurumları iştirak edib


Aprelin 4-5 də Azərbaycanda qlobal biznes “Marketing Kingdom Baku” konfransı baş tutub. “Four Seasons Hotel”-ində keçirilən toplantıya dünyanın ən böyük marketinq ekspertləri daxil olmaqla 200-dən çox iştirakçı qatılıb. Tədbirdə sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyaları araşdırılıb.


“P World” şirkətinin təşkilatçılığı və “Azercell Telekom” MMC-nin platinium sponsorluğu ilə baş tutan iki günlük tədbirdə Londonda keçirilən 2012 Yay Olimpiya Oyunları, Lego Group, SAP, Novartis, Coca Cola Hellenic, Yahoo! və digər şirkətlərin marketinq direktorları təqdimatla çıxış ediblər.
Baş ofisi Dubayda yerləşən “P World” şirkətinin qlobal Baş İcraçı Direktoru Kosta Petrov konfransın açılışında Azərbaycanın marketinq cəmiyyətindən razılığını bildirib: “Əminik ki, “Marketing Kingdom Baku” yerli marketoloqlara gəlirli marketinq strategiyası qurmağa kömək edəcək. Biz Azərbaycanı regional marketinq mərkəzinə çevirmək məqsədilə partnyorlarımızdan olan Azercell-lə birlikdə çalışırıq”.


“Marketing Kingdom” Avropanın ən böyük marketinq tədbiridir. 2011-12-ci illərdə tədbir Belqrad, Zaqreb, Sarayevo və Tbilisidə keçirilib. Bu illərdə konfransın 2000-ə yaxın iştirakçısı olub. 2013-cü il ərzində “Marketing Kingdom” Bakı ilə yanaşı, Qazaxıstan və Rusiyada da rəşkil olunacaq. Azərbaycanda ilk dəfədir baş tutan bu tədbir qlobal marketinq strategiyalarının hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Konfrans Platinium sponsor olan “Azercell Telekom” MMC ilə yanaşı ölkənin bir sıra maliyyə və biznes qurumları tərəfindən dəstəklənir.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.