get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell “Bookmate” layihəsi ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

calendar 29.09.2017

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom MMC ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından da kənarda qalmayıb. Şirkət sərgidə hər kəs tərəfindən maraqla qarşılanan,  ölkəmizdə alternativi olmayan unikal Bookmate layihəsi ilə iştirak edir. Stenddə Azercell şirkətinin təmsilçiləri mobil tətbiq və ona qoşulma qaydaları haqqında məlumat verir, proqramla xüsusi maraqlanan ziyarətçilərə bir aylıq ödənişsiz abunə kodu hədiyyə edirlər. Qeyd edək ki, sərginin açılış günündə iştirak edən Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayev proqramla yaxından tanış olduqdan sonra şirkət əməkdaşlarının dəstəyi ilə tətbiqi mobil cihazına yükləyib və Azərbaycanda elektron kitaboxuma imkanının mövcudluğunu təqdirəlayiq hal kimi qiymətləndirib. Çoxsaylı mədəniyyət və incəsənət xadimləri də proqramla tanış olaraq onun ədəbiyyatın və elmin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıblar.

Xatırladaq ki, Azercell sərgidə iştirak edən yeganə mobil operatordur.

2015-ci ildə mütaliə sevərlərə təqdim edilən Bookmate - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Səkkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla  Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilirlər. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər.  Xidmətin ən mühüm üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 30-dək davam edəcək. Azercell Telekom hər kəsi sərgidə fəal iştiraka çağırır, Bookmate layihəsi ilə yaxından tanış olmaq üçün sizi öz stendinə dəvət edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz             

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.