Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və 4,5 milyonluq abunəçi ailəsinə daha keyfiyyətli xidmət təqdim etmək üçün “Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır. Bu dəfə Bərdə və ona yaxın regionlarda yaşayan Azercell-lilər şirkətin yeni konsepsiyalı mağazasından yararlana biləcəklər. Belə ki, avqustun 7-dən etibarən Bərdə şəhəri İsmət Qayıbov küçəsi 8 ünvanında açılan yeni konsepsiyalı ofis abunəçilərin ixtiyarına verilib.
Bərdə Ekslüziv mağasasının açılışı ilə əlaqədar 7-13 avqust tarixlərində həmin mağazadan yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Tələsin! Hədiyyəli Smartfonların sayı məhduddur!
Bundan əlavə yeni mağaza abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərinin yardımı ilə istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Yeni konsepsiyalı mağazaların daha bir üstünlüyü şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatların burada icra olunmasıdır. Burada abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) , Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) və Şamaxıda ( Ağamirzəli Əhmədov küçəsi 1) abunəçilərin ixtiyarına verilib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.