get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

calendar 14.06.2024

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

2000 məktəbli arasından 31 qalib seçildi

“Azercell Telekom”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “AZERCELL CUP 2024” müsabiqəsinin final mərhələsi keçirilib.

Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan “AZERCELL CUP 2024”-də Bakı, Gəncə, Sumqayıt, Quba, Göyçay, Xaçmaz və Balakən məktəblərinin 31 şagirdi yüksək nəticə göstərib. Müsabiqənin şərtlərinə əsasən qaliblər növbəti tədris ilindən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb ediləcəklər.

Qeyd edək ki, 3 mərhələdən ibarət müsabiqə 6-7-ci sinif şagirdlərinin alqoritmik təfəkkürünü ölçmək məqsədilə iki proqramlaşdırma dili (Python və C++) vasitəsi ilə təşkil olunub. Məktəblilərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün sınaq imtahanı da keçirilib. Ümumilikdə müsabiqənin sınaq turu və birinci mərhələsi üçün 2009 nəfər müraciət edib. Yarış əsnasında 5000-dən çox həll qiymətləndirilib. Nəticələrə əsasən 165 nəfər yarımfinal turunda, fərqlənmiş 51 nəfər isə finalda iştirak hüququ qazanıb.

2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal əldə ediblər.