get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-də təcrübə keçmək istəyən tələbələr üçün daha bir imkan

calendar 22.04.2017

Şirkət Texnologiyalar Departamentinə “Yay Təcrübə Proqramı”nı elan edir

 

 

 “Azercell Telekom” MMC 21 Aprel tarixindən etibarən şirkətin Texnologiyalar Departamentində təcrübə keçmək istəyən gənclər üçün “Yay Tələbə Təcrübə Proqramı”nı elan edir.

Qaydalara əsasən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr 2017-ci ilin 1 may tarixinə qədər “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər. Bunun üçün https://www.azercell.com/az/company/career/vacancies/ linkinə daxil olmaq lazımdır.

Məlumat üçün bildirək ki, “YayTələbə Təcrübə Proqramı” tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə,  tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

    2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 16-ı isə şirkətdə işlə təmin olunublar.

    Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.

 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz     

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.