get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell daha bir karyera sərgisində iştirak etdi

calendar 04.03.2019

Azərbaycanın lider mobil operaroru olan “Azercell Telekom” MMC həyata keçirdiyi layihələri ilə tələbələrin fərdi və akademik inkişafına yönəldilmiş fəaliyyətini davam edir. Bu dəfə Azercell mart ayının 1-i ADA universitetində təşkil edilən “ADA Karyera Sərgisi 2019”-un fəal iştirakçısı olub. Sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri  işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, ADA universitetində ənənəvi olaraq Karyera sərgisinin təşkil edilməsində əsas məqsəd gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara iş bazarındakı ən aparıcı qurumlar ilə bilavasitə ünsiyyətdə olub, karyera həyatının mühüm seçimini etməkdə köməklik göstərməkdir. Bu il fevral ayının 28-dən mart ayının 2-dək davam edən karyera günlərində, 1 mart tarixində, məhz İT və telekommunikasiya sahələrini təmsil edən şirkətlər öz stendlərini təqdim edib.

“Azercell Telekom” MMC tərəfindən istedadlı gənclərə dəstək olmaq məqsədilə hər il Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları keçirilir. Bu il Tələbə Təqaüd Proqramı proqramı çərçivəsində 1398 müraciət mərhələli seçim nəticəsində dəyərləndirilib və 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə ediblər.

Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.