get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell daha bir uğura imza atdı

calendar 21.03.2019

“Azercell Telekom” MMC Day.Az Media Şirkətinin “Xalq seçimi” mükafatında “ Ən yaxşı mobil operator” adına layiq görüldü

Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC uğurlu fəaliyyətinin nəticəsi olaraq daha bir mükafata layiq görülüb. Day.Az Media Şirkətinin “Xalq seçimi” Mükafatının nəticələrinə əsasən, Azercell 2018-ci ilin “ Ən yaxşı mobil operator” sorğusunun qalibi elan edilib. Day.az Media Şirkətinin oxucuları arasında keçirdiyi sorğuda Azercell 55,7 faiz səslə telekommunikasiya sahəsi üzrə birinci olub.

Azercell-in mobil telefon istifadəçilərinin etimadını qazanması təsadüfi deyil. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib. Müştəri məmnuniyyətini hər zaman üstün tutan Azercell, abunəçilərinin rahatlığını düşünərək 2018-ci ildə 16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazasını istifadəyə təqdim edib və ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib.


Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti nəticəsində Azercell beynəlxalq aləmdə nüfuzlu qəbul edilən “Stevie” Beynəlxalq Biznes Mükafatında “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb . Əlavə olaraq “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatının telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” seçilib. Həmçinin ötən il “Azercell Telecom” LLC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. Azercell-in 2018-ci ildəki nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, Azercell “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi mükafatlandırılıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.