get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən “1001 Smartfon”

calendar 02.05.2017

Sürətli internet xidmətini abunəçiləri üçün əlçatan etmək məqsədi ilə güzəştli şərtlərlə cihazları onların istifadəsinə verməkdə davam edən Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənişsiz, çox sərfəli yeni kampaniyaya başlayır. Belə ki, 01.05.2017-ci il tarixindən etibarən “1001 Smartfon kampaniyası” çərçivəsində abunəçilər iPhone 7 və iPhone 5S kimi 4G-dəstəkli smartfonları uyğun olaraq cəmi 89 AZN və 55 AZN-dən başlayan qiymətə əldə etmək imkanı qazanırlar. Abunəçilərinə sərfəli qiymətlərlə iPhone 7 və iPhone 5S smartfonlarını əldə etmək imkanı yaradan Azercell eyni zamanda onlara hədiyyə olaraq iri həcmli internet paketlərindən (5GB/10GB/Limitsiz) yararlanmaq və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) üstünlüyünü də verir.

 

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Baki və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər. 

Onu da qeyd edək ki, Azercell  iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operatordur.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.