Azercell Biznes müəssisələrə sürətli və etibarlı rabitə həlləri təklif etməklə onların rəqəmsal dünyada uğur qazanmasına dəstək olur
Öz müştərilərinin rəqəmsal transformasiyasını dəstəkləyən Azercell Biznes böyük məmnuniyyətlə fevralın 13-dən etibarən yeni “Biznesim W-Fi” təklifini təqdim edir. Artıq korporativ abunəçilər daha əlverişli rabitə dəstəyi ilə Wi-Fi USB və ya Mi-Fi modemlərdən istifadə edə biləcəklər.
“Biznesim Wi-Fi” təkliflərinin köməyilə korporativ abunəçilər fiziki bağlantı olmayan istənilən yerdən rahatlıqla internetə qoşulmaqla yanaşı, 10-a qədər cihaz arasında interneti paylaşdırmaq imkanına da sahib olacaqlar. İstifadəçilərin fərqli tələblərinə əsaslanan müxtəlif həcmli və bir paketdən digərinə keçid imkanına malik data paketlərdən ibarət xüsusi təklif Kiçik, Orta və Fərdi müəssisələr üçün ideal bir həll vəd edir.
Təqdim olunan yeni təklifin əsas üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir. Wi-Fi USB modemi USB portu vasitəsilə işə salınır, Mi-Fi cihazı isə heç bir cihaz və ya porta qoşulmadan müstəqil şəkildə işləyə bilər. Təkliflərin daha bir üstün cəhəti növbəti 12 ay ərzində paketi digəri ilə dəyişmək imkanıdır.
“Biznesim Wi-Fi” təklifinin qiyməti 20 manatdan başlayaraq həcmi 200 GB-a qədər olan müxtəlif internet paketlərini əhatə edir.
“Biznesim Wi-Fi” təklifi də daxil olmaqla müxtəlif biznes müəssisələri üçün geniş çeşidli məhsullar və həlləri təklif edən Azercell Biznes bir daha özünü etibarlı rəqəmsal biznes tərəfdaşı kimi təsdiq etmiş olur.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.