get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən “Black Friday” günündə möhtəşəm endirimlər!

calendar 22.11.2018

Çılğın alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi “Black Friday” endirimlərindən Azercell abunəçiləri də yararlana biləcəklər. Belə ki, noyabrın 23-də Azercell-in Eksklüziv Mağazaları və Diler Şəbəkəsi hər kəsə 70%-ə qədər inanılmaz endirim kampaniyası təklif edir. Müxtəlif xidmətlərə, cihazlar və aksesuarlara tətbiq edilmiş endirimləri yalnız Azercell sizə vəd edir. Azercell-in “Black Friday” endirimləri ilə bağlı ətraflı məlumatı www.azercell.com ünvanına və ya şirkətin  rəsmi  İnstagram və Facebook ünvanlarına daxil olmaqla əldə edə bilərsiniz.

Azercell-in Eksklüziv Mağazaları və Diler Şəbəkələrinə gəlin, ilin ən sərfəli alış-veriş fürsətindən yararlanın!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.