get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən BluTV ilə sevdiyiniz türk filmləri yüksək keyfiyyətdə bir arada!

calendar 23.04.2020

Azercell  BluTV xidmətini təqdim edir!

 

Yerli bazarın lider mobil operatoru Azercell rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir. Bu dəfə Azercell şirkəti BlutTV  ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını abunəçiləri üçün əlçatan edir. Aprel ayının 21-dən başlayaraq  Azercell,  BluTV vasitəsilə izləmə rekordları ilə seçilən türk kinemotoqrafiyasını, xüsusi olaraq BluTV üçün lentə alınan türk film və seriallarını  smartfonlara gətirir.

Xidməti aktiv etmək qaydası çox sadədir: IOS, Android, PC və Smart TV əməliyyat sistemlərini dəstəkləyən BluTV tətbiqini yüklədikdən sonra, gündə 0.25 AZN ödəməklə günlük paketi  və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün Start gun açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir. Aylıq paketi aktiv etmək üçün isə Start ay açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda *554#YES yığmaq lazımdır.  Onu da qeyd edək ki, Azercell-in BluTV xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7 günlük pulsuz istifadə imkanı təqdim edilir.

Azercell-dən BluTV ilə sevdiyiniz seriallar məkandan və zamandan asılı olmayaraq indi smartfonunuzda!


Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/ səhifəsinə daxil olun.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti Asan İmza və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.