get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən cəbhə xəttinə dəstək

calendar 04.04.2016

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə, Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkə daxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir. Abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər. 2 aprel 2016-cı il tarixindən Azercell-in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Azercell-in hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35 faizindən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Azercell-in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.