get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən daha bir sərfəli təklif - şirkət “Asan İmza” xidmətində tarifləri aşagı saldı

calendar 30.11.2013

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom abunəçiləri üçün daha bir endirim etdi. Azərbaycanda ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətini təklif edən şirkət sözügedən xidmətdə tarifləri inanılmaz dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər “Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyəcək. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edəcək. Bundan əlavə 20 iyun 2014-cü il tarixindən etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manat olacaq.

Məlumat üçün bildirək ki, "Asan İmza" xidməti hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanı yaradır. “Asan İmza” mobil elektron imza xidmətinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Xidmətdən istifadə etmək üçün ASAN Xidmət Mərkəzlərində təşkil olunan Azercell Qeydiyyat Məntəqəsinə yaxınlaşmaq lazımdır. Burada Asan İmza SIM kartını və elə həmin mərkəzdə yerləşən Vergilər Nazirliyinin Xidmət Məntəqəsindən elektron imza sertifikatı əldə etmək olar. Asan İmza – Mobil İmzalı SİM-kart həm mövcud, həm də yeni Azercell nömrələrə uyğunlaşdırıla bilər. 

Azərbaycanın mobil rabitə bazarında ilklərə imza atan, analoqu olmayan xidmətləri, endirmli tarif paketlərini, sərfəli kampaniyaları təqdim edən Azercell bu ilin sonuna qədər fərqli yenilikləri ilə abunəçilərini sevindirəcək.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.